BÖYÜK BRİTANİYA HÖKUMƏTİ AZƏRBAYCANDA PARALİMPİYA HƏRƏKATININ İNKİŞAFINA XÜSUSİ QRANT AYIRMIŞDIR
Böyük Britaniyanın İdman Şurası Azərbaycanda kollektiv paralimpiya idman növlərinin inkişafı üçün xüsusi qrant ayırmışdır.
Bu barədə İdman Şurasının beynəlxalq müşaviri və regional rəhbəri Elayas Musanqeya Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) prezidenti İlqar Rəhimovla görüşündə bildirmişdir.
Komitədən AZƏRTAC-a bildirmişlər ki, “Beynəlxalq idman həyəcanı” proqramı çərçivəsində, AMPK-nın Azərbaycanda həyata keçirdiyi “Paralimpiya İdmanının İnkişafı” layihəsi britaniyalı qonaqlar tərəfindən rəğbətlə qarşılanmışdır.
Qonaq bildirmişdir ki, İdman Şurasının köməyi sayəsində AMPK-nın Beynəlxalq Paralimpiya Komitəsinin İnkişaf Proqramına (ODİ) qoşulması öz müsbət həllini tapmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [12:28]
Qəbələ-Xankəndi Ultramarafonunda ilk mərhələnin qalibi bəlli olub
- 08.10.2026 [11:32]
Litvalı basketbolçu: Qrupdan çıxmaq üçün əlimizdən gələni edəcəyik
- 08.10.2026 [11:15]
Avropa çempionatı: Azərbaycanın 2 boksçusu yarımfinala vəsiqə qazanıb
- 08.10.2026 [11:01]
Azərbaycan taekvondoçusu Paris Qran-Prisində mübarizə aparacaq
- 08.10.2026 [10:22]
Azərbaycan Kubokunda bu gün daha 3 oyun keçiriləcək
- 08.10.2026 [10:04]