Böyük Britaniyada 38 milyon insana koronavirus peyvəndinin ilk dozası vurulub
London, 24 may, AZƏRTAC
Böyük Britaniyada 38 milyon insana koronavirus peyvəndinin ilk dozası, 22 milyondan çox insana isə ikinci dozası vurulub.
Krallıqda artıq koronavirus peyvəndi 32 və 33 yaş mərhələsindəki insanlara təklif olunur.
Səhiyyə katibi Met Hankok, hökumətin iyul ayına qədər hər kəsə peyvənd təqdim etmək niyyətində olduğunu söyləyib.
Böyük Britaniyada 4.4 milyondan çox insan koronavirusa yoluxub, onlardan təxminən128 mini həyatını itirib. Ötən gün daha 2 min 235 nəfərin virusa yoluxduğu təsdiqlənib. Krallıqda 3424 nəfərdə koronavirusun Hindistan variantı müəyyən olunub.
Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [15:48]
Fransada şagird məktəb direktorunu və müəllimi güllələyib
- 12.10.2026 [15:20]
Aİ Rusiyada 1600-dək fiziki və hüquqi şəxsə əlavə sanksiyalar tətbiq edib
- 12.10.2026 [14:25]
“Yandex”in data mərkəzlərinin bərpası bir neçə ay çəkə bilər
- 12.10.2026 [13:18]