DÜNYA
BÖYÜK BRİTANİYADA DAHA BİR İRİ QARƏT HADİSƏSİ BAŞ VERMİŞDİR
AZƏRTAC Skay-Nyus telekanalına istinadla xəbər verir ki, martın 8-də Böyük Britaniyada böyük məbləğdə pul daşıyan avtofurqon qarət edilmişdir. Furqon fevralın 22-də qarət edilmiş anbarın sahibi olan şirkətə məxsusdur. Onda 53 milyon funt sterlinq oğurlanmışdı. Qarətçilərin bu dəfə nə qədər pul apardıqları barədə məlumat verilmir.
Furqon Çeşir qraflığına gedən yolda saxlanılmışdır. Onun qapıları traktorun köməyi ilə sındırılmışdır. Məlumatda xüsusi vurğulanır ki, mühafizəçilərdən heç biri xəsarət almamışdır.
Polis pulun hətta təxmini məbləğini belə açıqlamaqdan boyun qaçırır. Lakin belə güman olunur ki, söhbət bir neçə yüz min funt sterlinqdən gedir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [18:03]
Britaniya silah-sursat istehsalını artırmağı planlaşdırır
- 03.05.2024 [17:42]
Leysan yağışları nəticəsində Braziliyanın cənubunda həlak olanlar var
- 03.05.2024 [17:08]
Rişi Sunak: Yerli seçkilərin nəticələri məyusedicidir
- 03.05.2024 [16:31]
Almaniyada ixtisaslı işçilərə ciddi ehtiyac yaranıb
- 03.05.2024 [16:23]
Konqoda bomba partlayışı nəticəsində on nəfər ölüb
- 03.05.2024 [16:06]
ABŞ-da Fələstinə dəstək aksiyalarında 2,1 min nəfər həbs olunub
- 03.05.2024 [16:04]