Böyük Britaniyada dörd ölkə viza məhdudiyyəti planlaşdırılır
London, 4 mart, AZƏRTAC
Böyük Britaniya hökuməti miqrasiya siyasətində geniş dəyişikliklər çərçivəsində dörd ölkənin vətəndaşları üçün bəzi viza növlərinə məhdudiyyət tətbiq edəcəyini açıqlayıb.
AZƏRTAC xəbər verir ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, Əfqanıstan, Kamerun, Myanma və Sudan vətəndaşları üçün təhsil vizalarının verilməsi dayandırılacaq, əfqanıstanlılar üçün iş vizalarına məhdudiyyət qoyulacaq.
Nazirlik bildirib ki, qanuni viza yollarından istifadə edərək sığınacaq üçün müraciətlərin sayının artması səbəbindən bu ölkələrin vətəndaşlarına qarşı vizalar üzrə məhdudiyyət mexanizmi tətbiq edilir. Böyük Britaniya hökuməti bundan əvvəl də miqrasiya siyasətində dəyişikliklər planlaşdırdığını açıqlamışdı. Dəyişikliklər çərçivəsində qaçqın statusunun müvəqqəti verilməsi və ölkəyə qanunsuz daxil olan şəxslərin daha sürətli deportasiya olunması nəzərdə tutulur.
Hökumət bu addımların həm mövcud sistemdən sui-istifadənin qarşısını almaq, həm də ölkədə artan antiimmiqrasiya çağırışları fonunda siyasi təzyiqləri azaltmaq məqsədi daşıdığını bildirir. Böyük Britaniyanın daxili işlər naziri Şabana Mahmud qeyd edib ki, ölkə müharibə və təqiblərdən qaçan insanlara sığınacaq verməyə davam edəcək.
“Böyük Britaniya müharibə və təqiblərdən qaçan insanlara hər zaman sığınacaq verəcək. Lakin viza sistemimizdən sui-istifadə edilməsinə yol verilə bilməz”, – deyə nazir vurğulayıb.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2026 [18:14]
Yunanıstan süni intellekti Konstitusiyaya daxil etməyə hazırlaşır
- 10.05.2026 [16:25]
Media: Rumıniya üzərindən yeni optik maqistral xətt istifadəyə verilib
- 10.05.2026 [07:24]
Çilidə 5,8 bal gücündə zəlzələ baş verib
- 10.05.2026 [05:56]
WSJ: Hörmüz boğazının bağlanması sulfat turşusu tədarükünü mümkünsüz edib
- 10.05.2026 [01:17]
Rubio və Uitkoff Mayamidə Qətərin Baş naziri ilə görüşüb
- 10.05.2026 [01:00]