Böyük Britaniyada qaçqınların daimi məskunlaşma hüququna gedən yolu uzanır
London, 2 oktyabr, AZƏRTAC
Böyük Britaniya hökuməti ölkədəki sığınacaq sistemində dəyişikliklər etməyi planlaşdırır.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, yeni qaydalara əsasən, qaçqınlar indiki kimi 5 ildən sonra deyil, daha uzun müddət keçdikdən sonra daimi məskunlaşma üçün müraciət edə biləcəklər. Hökumət həmçinin sentyabr ayında müvəqqəti dayandırılan, qaçqınların yaxın ailə üzvlərini avtomatik olaraq ölkəyə gətirməsinə imkan verən mexanizmin artıq tamamilə ləğv olunduğunu təsdiqləyib.
Qaçqınların Britaniyada məskunlaşması və ailə üzvləri ilə birləşməsi üçün hansı şərtləri ödəməli olacağı barədə ətraflı məlumat payızda açıqlanacaq.
Baş nazir Kir Starmer bu açıqlamanı Kopenhagen şəhərində keçiriləcək Avropa Siyasi Birliyi sammiti ərəfəsində verib. O, burada qeyri-qanuni miqrasiyaya qarşı mübarizə yollarını müzakirə edəcək. Hökumət mənbələrinin sözlərinə görə, Böyük Britaniya indiyədək sığınacaq axtaranlara qarşı “həddindən artıq səxavətli” olub və indi “cəlbedici amilləri azaltmaq” niyyətindədir.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [17:48]
Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq
- 02.10.2026 [16:46]
Konqoda Ebola virusundan ölənlərin sayı 4018-ə çatıb
- 02.10.2026 [16:34]
Yəməndə aclıq səviyyəsi sürətlə artır
- 02.10.2026 [15:40]
Somali sahillərində Pakistanın 4 dənizçisi piratlardan xilas edilib
- 02.10.2026 [15:17]
Rusiya neft emalı zavodlarının modernləşdirilməsini təxirə sala bilər
- 02.10.2026 [15:15]
İran İraqdan uçuş məhdudiyyətlərinin aradan qaldırılmasını istəyib
- 02.10.2026 [15:08]
Ukraynalı ekspert: Rusiya döyüş taktikasını dəyişib VİDEO
- 02.10.2026 [14:43]