Böyük Britaniyada qədim dövrə aid yeni sürünən növünün fosili aşkar edilib
London, 1 oktyabr, AZƏRTAC
Şotlandiyanın Skay adasında qədim Yura dövrünə aid yeni sürünən növünün fosili tapılıb.
AZƏRTAC “The Independent”ə istinadla xəbər verir ki, alimlərin fikrincə, bu tapıntı kərtənkələlərin və ilanların qədim əcdadına aid ola bilər. Beynəlxalq tədqiqatçılar qrupu, o cümlədən Şotlandiya Milli Muzeyinin (NMS) əməkdaşları tərəfindən üzə çıxarılan bu yeni növün təxminən 167 milyon il əvvəl yaşadığı bildirilir.
Tapıntıya “Breugnathair elgolensis” adı verilib. Bu, “Elqolun saxta ilanı” mənasını verir və onun Skayın cənubundakı Elqol bölgəsində aşkarlanmasına istinad edir.
Alimlərin sözlərinə görə, sürünənin ilanabənzər çənələri və pitonaoxşar dişləri olub, lakin kərtənkələyə məxsus ətrafları və bədən proporsiyaları qorunub. Fosil indiyədək elmə məlum olan ən qədim və tam Yura dövrü kərtənkələlərindən biridir və artıq Şotlandiya Milli Muzeyinin milli kolleksiyasına daxil edilib.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [17:48]
Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq
- 02.10.2026 [16:46]
Konqoda Ebola virusundan ölənlərin sayı 4018-ə çatıb
- 02.10.2026 [16:34]
Yəməndə aclıq səviyyəsi sürətlə artır
- 02.10.2026 [15:40]
Somali sahillərində Pakistanın 4 dənizçisi piratlardan xilas edilib
- 02.10.2026 [15:17]
Rusiya neft emalı zavodlarının modernləşdirilməsini təxirə sala bilər
- 02.10.2026 [15:15]
İran İraqdan uçuş məhdudiyyətlərinin aradan qaldırılmasını istəyib
- 02.10.2026 [15:08]
Ukraynalı ekspert: Rusiya döyüş taktikasını dəyişib VİDEO
- 02.10.2026 [14:43]