Böyük Britaniyada Şahzadə Filip üçün hazırlanan sikkələrin təqdimat mərasimi olub
London, 26 iyun, AZƏRTAC
Böyük Britaniyada Şahzadə Filipin xatirəsinə hörmət əlaməti olaraq hazırlanan sikkələrin təqdimat mərasimi olub.
AZƏRTAC xəbər verir ki, məhdud sayda hazırlanan 5 funt sterlinq sikkələr “Royal Mint” (Kral Nanəsi) sikkəxanası tərəfindən hazırlanıb.
Sikkədə "Edinburq Hersoqu Şahzadə Filip 1921-2021" yazısı və Filip təsvir olunub.
“Şahzadə Filipin Hərbi Dəniz Qüvvələrindəki xidmətini, kraliçaya və krallıq vəzifələrinə sarsılmaz fədakarlığını nəzərə alaraq Silahlı Qüvvələr Günündə sikkəni təqdim etdiyim üçün qürur duyuram”, - deyə Kansler Rişi Sunak bildirib.
Rəssam Yan Rank-Broadli tərəfindən hazırlanan sikkə qanuni ödəniş vasitəsidir və dövriyyəyə buraxılmayacaq.
Şahzadə Filip 1952-ci ildən 1999-cu ilə qədər (47 il) Kral Nanəsi Məsləhət Komitəsinin prezidenti vəzifəsində çalışıb.
Qeyd edək ki, bu gün Böyük Britaniyada Silahlı Qüvvələr Günü kimi qeyd olunur.
Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [11:45]
Fransa yeni gəlir mənbələri olmadan Aİ-nin gələcək büdcəsini dəstəkləməyəcək
- 15.10.2026 [11:31]
Qazaxıstanda “New Silk Way” beynəlxalq nəqliyyat-logistika forumu keçirilir
- 15.10.2026 [11:23]
Qara dənizdə tankerdə baş verən yanğın nəticəsində 8 nəfər itkin düşüb
- 15.10.2026 [11:18]
Keniyada Ebola virusuna ikinci yoluxma halı qeydə alınıb
- 15.10.2026 [11:08]