Böyük Britaniyada vakansiyaların sayı son dörd ilin ən aşağı səviyyəsinə düşüb
London, 15 aprel, AZƏRTAC
Böyük Britaniyada işçi tələbatı zəifləməkdə davam edir.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, ölkədə vakansiyaların sayı son dörd ilin ən aşağı səviyyəsinə enib. Milli Statistika İdarəsinin (ONS) məlumatına əsasən, bu ilin ilk üç ayında mövcud iş yerlərinin sayı 781 minə düşüb. Eyni zamanda, maaş alan işçilərin sayı azalıb. Bildirilib ki, bu ay qüvvəyə minən milli minimum əməkhaqqı və işəgötürənlərin milli sığorta ödənişlərinin artması yaxın aylarda maaşlara mənfi təsir göstərə bilər.
İşsizlik səviyyəsi isə 4,4 faiz olaraq sabit qalıb. 16-64 yaş arası əhalinin məşğulluq səviyyəsi 75,1 faiz təşkil edir ki, bu da Leyboristlər Partiyasının hədəflədiyi 80 faizlik göstəricidən aşağıdır.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [22:08]
Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq
- 29.09.2026 [21:10]
Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik
- 29.09.2026 [20:22]
Qazaxıstan Prezidenti Almaniyaya səfər edib
- 29.09.2026 [19:13]
Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub
- 29.09.2026 [18:51]
Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib
- 29.09.2026 [18:04]