Böyük Britaniyada yüksək viza xərcləri elmi kadrlara maneə yaradır
London, 15 aprel, AZƏRTAC
Böyük Britaniyada xarici vətəndaşlar üçün yüksək viza xərcləri ölkəyə beynəlxalq alim və mühəndislərin cəlb olunmasına ciddi əngəl törədir.
AZƏRTAC “Reuters”ə istinadla xəbər verir ki, “Royal Society” elmi akademiyası Böyük Britaniyada immiqrasiya rüsumlarının digər ölkələrlə müqayisədə 17 dəfə baha olduğunu bildirib. Bu da ölkənin ixtisaslı kadrlara olan ehtiyacını qarşılamağı çətinləşdirir və iqtisadi inkişaf məqsədlərinə zərbə vurur.
Xərçəng üzrə tədqiqat laboratoriyasının rəhbəri Ed Roberts qeyd edib ki, viza xərclərinə görə xaricdən mütəxəssis tapmaq bir ildən çox vaxt aparıb. O, Honqkonqdan bir alimin 15 min funt sterlinqlik ilkin viza ödənişinə görə iş təklifini rədd etdiyini bildirib. Digər bir çox işəgötürənlər kimi, laboratoriya yalnız əməkdaşın viza xərclərini qarşılayır, lakin ailə üzvlərinin xərcləri ödənilmir.
Qeyd edək ki, hazırkı siyasət ABŞ-da elmi maliyyələşdirmənin azaldılmasından sonra Britaniyaya gəlmək istəyən alimlərin də yolunu bağlaya bilər.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [22:08]
Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq
- 29.09.2026 [21:10]
Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik
- 29.09.2026 [20:22]
Qazaxıstan Prezidenti Almaniyaya səfər edib
- 29.09.2026 [19:13]
Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub
- 29.09.2026 [18:51]
Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib
- 29.09.2026 [18:04]