Böyük Britaniyanın Baş Naziri Boris Consonun vəziyyəti sabitdir
Bakı, 8 aprel, AZƏRTAC
Bir müddət öncə koronavirusa yoluxan Böyük Britaniyanın Baş Naziri Boris Consonun vəziyyəti reanimasiyada keçirdiyi ikinci gecədən sonra sabit olaraq qalır.
AZƏRTAC Reuters informasiya agentliyinə istinadla xəbər verir ki, bunu Böyük Britaniyanın Səhiyyə nazirinin müavini Edvard Arqara deyib. “Baş Nazir Boris Consonun vəziyyəti stabildir, o özünü yaxşı hiss edir”, - deyə Edvard Arqara bildirib. Onun sözlərinə görə, Baş Nazir hələ ki, ağciyərlərin süni havalandırma sisteminə qoşulmayıb.
Hazırda Britaniyanın Baş Naziri vəzifələrini icra edən Daxili İşlər naziri Dominik Raab Boris Consonun xəstəliyin öhdəsindən gələcəyinə və sağalacağına əmin olduğunu ifadə edib. Nazir Consonun huşunun əvvəlki kimi özündə olduğunu və oksigen terapiyası aldığını təsdiqləyib.
Qeyd edək ki, martın 27-də Birləşmiş Krallığın hökumət başçısı Boris Consonun koronavirusa yoluxduğu məlum olub. Həmin gündən etibarən özünü təcrid şəraitində saxlayan Baş Nazir aprelin 3-də videomüraciətdə hərarətinin yüksək olduğunu bildirib. Aprelin 5-də xəstəxanaya çatdırılan Boris Conson bir gün sonra reanimasiyaya yerləşdirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [20:21]
On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər
- 13.06.2026 [19:59]
Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]
İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib
- 13.06.2026 [15:14]