BÖYÜK BRİTANİYANIN MÜSƏLMAN ÜLƏMALARI SƏFƏRƏ ÇIXMIŞLAR
Proqram çərçivəsində ekstremizmə və islama nifrətə qarşı milli forum keçirilməsi də nəzərdə tutulmuşdur. Forumda bəzi ifrat ünsürlərin Quranı öz mənafelərinə uyğun izah etmək cəhdlərinin qarşısı alınacaqdır.
Lordlar palatasının Leyboristlər partiyasından olan üzvü lord Əhməd və proqramın digər iştirakçıları Böyük Britaniyada böyümüş və ingilis dilini səlis bilən imamlar nəslinin hazırlanmasına tərəfdardırlar.
Lord Əhməd bildirmişdir ki, məscidlərdə moizələri ingilis dilində oxumaq lazımdır, çünki yaşı 24-dən az olan müsəlmanların çoxu ərəb dilini bilmir. Bundan əlavə, məscid komitələrinin tərkibinə daha çox qadınlar və gənclər daxil edilməli, məscid rəhbərləri birlik daxilində baş verən münaqişələri həll etməyə və terrorizmin qarşısını almağa hazır olmalıdırlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:29]
İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]
Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib
- 16.06.2026 [16:21]