Azərbaycan Dövlət İnformasiya Agentliyi

Böyük Vətən müharibəsində diviziya komandiri vəzifəsinə və general-mayor rütbəsinədək yüksələn azərbaycanlı

Böyük Vətən müharibəsində diviziya komandiri vəzifəsinə və general-mayor rütbəsinədək yüksələn azərbaycanlı

Xaçmaz, 9 may, Elxan Yusifli, AZƏRTAC

“Mahmud Əbilovun həyat fəaliyyəti, mərdliyi, cəsurluğu bugünki gənc nəsil üçün örnəkdir”.  

            Heydər Əliyev

Uşaqlıq illəri 

Mahmud Əbdülrza oğlu Əbilov 1898-ci il  sentyabrın 15-də Qusar rayonunun Ukur kəndində zəhmetkeş ailəsində doğulub. Sıxıntılı uşaqlıq keçirən Mahmud əli iş tutandan atasına təsərrüfat işlərində kömək edib. O, yeniyetməlik dövründə valideynlərini itirib və  kənd rus məktəbində cəmi iki sinif oxumağa macal tapıb.  Bundan sonra bir müddət Xaçmaz rayonunun Yalama qəsəbəsində qohumlarının himayəsində yaşayan gənc Mahmud  Əbilov 1920-ci ilin əvvəlində Bakıya yollanıb və burada qırmızı ordu sıralarına yazılıb.

Orduda xidməti

1920-ci ilin aprelindən avqustuna kimi Mahmud Əbilov Zaqafqaziya cəbhəsi XI qırmızı ordunun  atıcı alayının əsgəri olub. 1921-ci ilin fevralında o,  Gürcüstanın sovetləşməsi uğrunda gedən döyüşlərdə kursant kimi iştirak edib.  Növbəti ildən isə Mahmud Əbilov Uzaq Şərqdə 17-ci Nijni Novqorod diviziyasında taqım komandiri kimi fəaliyyət göstərməyə başlayıb. Bundan sonra o, müxtəlif illərdə 77-ci Azərbaycan dağ atıcı dviziyasında taqım komandiri, III Bakı atıcı alayının bölük komandiri, Tiflisdəki Zaqafqaziya Piyada Məktəbində bölük komandiri vəzifələrində çalışıb. Sonra yenidən Bakıya qayıdan Mahmud Əbilov Gəncədəki 77-ci Azərbaycan atıcı dviziyasının alay komandiri təyin olunub. Bu dviziyada o, tabor komandiri vəzifəsinə kimi yüksəlib. Tale onu burada görkəmli sərkərdələr Cəmşid Naxçıvanski, Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski, Qambay Vəzirovla görüşdürür və bu şəxslər onun zabit kimi yetişməsində  böyük rol oynayıb.

1938-ci ildə  Mahmud Əbilov Sovet Silahlı Qüvvələrinin hərbi məktəbinə ali zabit kursları almaq üçün ezam olunub. Kursları uğurla bitirən Əbilov yenidən uzaq Şərqə göndərilir və 59-cu atıcı korpusda kəşfiyyat şöbəsinin rəisi təyin olunur. 1938-ci ildə onun rəhbərlik etdiyi hissələr Xasan gölü ətrafındakı döyüşlərdə yapon samuraylarına qarşı qəhrəmanlıqla vuruşur. Mahmud Əbilov  1939-cu ilin avqustundan  1941-ci ilin sentyabrına kimi Uzaq Şərq Korpusu 105-ci atıcı dviziyasının komandir müavini olur.

1941-ci ildə  Moskvada Baş Qərərgah Akademiyası nəznindəki hazırlıq kurslarını bitirən Mahmud Əbilov Sibir Hərbi dairəsinin komandanının sərəncamına, 146-cı əlahiddə atıcı briqadasının komandiri vəzifəsinə göndərilir. Onun qarşısında briqadanın cəbhəyə göndərilmək üçün təşkili və təlimi vəzifəsi dururdu. Nəhayət 1942-ci ilin aprelində Əbilov briqadası ilə birlikdə Şimal-Qərb cəbhəsinə gəlir. Onun rəhbərlik etdiyi 146-cı briqada artıq döyüşlərə tam hazır idi.

 Böyük Vətən Müharibəsinədə ilk döyüş

1942-ci ilin iyulunda Mahmud Əbilov 34-cü ordunun komandanından Lıçkova ətrafındakı Belı-Bor yaşayış məntəqəsini və ətraf əraziləri düşməndən azad etmək əmri alır. Bir neçə gündə briqada verilən tapşırığın öhdəsindən uğurla gəlir . Düşmən xeyli itki  verərək geri çəkilir. Əbilov ilk döyüşdəcə özünü bacarıqlı komadir kimi sübut edir. Şiddətli döyüşlər bir-birini əvəz edir. 1943-cü ilin fevralında  isə Əbilovun briqadasına müdafiədə durduqları Lıçkova-Belı-Bor sahəsindən düşmənə hücum etmək və faşist qoşunlarını mühasirəyə alaraq məhv etmək tapşırığı verilir. Amansız döyüşlərdə darmadağın olunmaqdan qorxan düşmən qüvvələri Demyansk plasdarmını tərk edib tələm-tələsik geri çəkilməyə və qoşunu Ramuşev dəhlizindən çıxarmağa başlayır. Amma Əbilovun briqadası düşmənin əsas qüvvələrini iflic etməyə müvəffəq olur və onları manevr imkanlarından tam məhrum edərək Leninqrad istiqamətinə çıxmağa qoymur. Düşmən tam  məhv edilir.  Uğurlu döyüş əməliyyatına  görə briqada komandiri Mahmud Əbilov “Qırmızı Bayraq” ordeninə layiq görülür.

Diviziya komandiri-Mahmud Əbilov

Demyansk plasdarmında əməliyyatlar uğurla  başa çatdıqdan sonra Mahmud Əbilov briqadanı Kaluqa şəhərində cəmləşdirib 3-cü ehtiyat Ordunun sərəncamına daxil olmaq əmri alır. Kaluqaya gəldikdən sonra Əbilov 146-cı atıcı briqadanın əsasında  70-ci atıcı diviziyanı təşkil edir və Qərb cəbhəsinə istiqamətlənir. Bu zaman  Qərb cəbhəsinin qoşunları qədim Smolensk şəhərini azad etmək uğrunda döyüşlərə hazırlaşırdı və bu torpaqları bütünlüklə partizan hərəkatı bürümüşdü. Belə bir vaxtda  70-ci atıcı diviziya  Mahmud Əbilovun rəhbərliyi altında şiddətli döyüşlərə atılır. Moskva ətrafındakı məğlubiyyətin revanşını almaq istəyən düşmən ciddi müqavimət göstərsə də, diviziyanın əsgər və zabitləri Smolenski tamamilə düşməndən azad etməyi bacarır. Sonra diviziya Roslavl şəhərinin azad olunmasında da yaxından iştirak edir. 1943-cü ilin iyulundan avqustuna kimi Əbilovun təşkil etdiyi diviziya inadla müdafiə olunan düşmənə qarşı hücum əməliyyatları həyata keçirərək Desna çayını da keçir. Düşmənin güclü müdafiəsini yarmağı bacaran polkovnik Mahmud Əbilov artıq diviziya hissələrini döyüşə hazırlayan çevik təşkilatçı kimi tanınır. Bundan sonra döyüşdə sınanmış,  cəsarətli Əbilov 70-ci atıcı diviziyanın komandiri təyin olunur və 1944-cü ilin martına kimi bu vəzifədə xidmət edir.

 Cəbhə boyu irəli - Belorus, Polşa, Şərqi Prussiya cəbhələri

1944-cü ilin mayında bərk xəstələnən palkovnik Əbilov cəbhə hospitalına göndərilir. Hospitaldan çıxdıqdan sonra II Belorus cəbhəsinin 35-ci atıcı korpusunun sərəncamına, 250-ci atıcı, qırmızıbayraqlı Bobruysk diviziyasına komandanlığa çağırılır. Mahmud Əbilovun rəhbərliyi ilə diviziya  düşmənin Qərbi Belorusun ərazisindən çıxarılmasında mühüm əməliyyatlar həyata keçirir. Staraya Lupyanka, Zambrov və Ostrelenko şəhərləri uğrunda şiddətli döyüşlər aparılır. Bu döyüşlərdə qarşıya qoyulan vəzifə yerinə yetirildiyindən diviziyaya təşəkkür elan olunur. Belorus ərazisi azad edildikdən sonra Əbilovun rəhbərlik etdiyi diviziya Polşada döyüş əməliyyatlarına cəlb olunur. Qələbələri sıralayan diviziya  Polşanın Xojelo şəhərinin azad olunmasında əsl qəhrəmanlıq göstərir. Mahmud Əbilovun rəhbərlik etdiyi diviziya “Böyük Almaniya” tank diviziyasını darmadağın edərək Polşa ərasində çoxlu yaşayış məntəqələrini azad edir və Şərqi Prussiyanın sərhədlərinə yaxınlaşır. Əbilov bu döyüşlər haqqında xatirələrində yazır: “Budur, faşist Almaniyasının astanasındayıq. İndi düşmən yuvasına-Berlinə doğru irəliləyirik.Döyüşçülərimizin arzusu çin oldu. Artıq onları heç bir qüvvə saxlaya bilməz!” Bundan sonra Əbilovun rəhbərlik etdiyi diviziya Şərqi Prussiya boyunca 280 kilometr məsafə qət etməyi bacarır. Köniqsberqdən cənub-qərbdə, Şərqi Prussiyada alman qoşunlarının məhv edilməsində göstərdiyi şücaətə görə polkovnik Əbilovun diviziyası yenidən təşəkkür alır. Artıq hədəfdə  Berlin idi.

Qələbə!

Sovet qoşunlarının qarşısında mühüm tarixi vəzifə dururdu-Alman ordusunun darmadağın olunmasını başa çatdırıb Berlin üzərində qələbə bayrağını ucaltmaq. Berlini müdafiə etmək üçün alman komandanlığı maksimum qüvvə və vəsait cəmləmişdi. Berlini müdafiə edən Visla və Dnepr orduları qrupunda bir milyon adam, 10 mindən çox top və minamyot, 1500 tank və hücum topu, 3500 döyüş təyyarəsi var idi.

1945-ci il aprelin 20-də polkovnik Mahmud Əbilova general-mayor rütbəsi verilir. Bu qərar Berlinin cənub-şərqində mühasirədə olan faşist qruplaşmasını məhv etmək üçün 250-ci atıcı diviziyanın əməliyyatlara başlaması ilə üst-üstə düşür. General Əbilovun diviziyası mayın ilk günlərində Gentin şəhərini almaq üçün hücuma keçir və istəyinə çatır. Mayın 7-də generalın rəhbərlik etdiyi diviziya artıq Elba çayına yaxınlaşırdı. Əbilov xatirələrində yazır: “9 mayhər bir əsgər və zabit üçün ən sevincli, çoxdan gözlənilən gün idi. Bir-birini tanımayan əsgər və zabitlər həmin gün qucaqlaşaraq Qələbə münasibətilə təbriklər söyləyir, ağlayır-gülür, mahnı oxuyur, avtomat və tüfənglərdən səmaya atəş açırdılar. Bütün Berlinin binalarının üzərində ağ bayraqlar peyda olmuşdu”.

General-mayor Mahmud Əbilov  döyüş xidmətlərinə görə “Lenin”, 5 “Qırmızı Bayraq”, I dərəcəli “Vətən müharibəsi”,  II dərəcəli “Kutuzov”, “Suvorov”, “Boqdan Xmelinski”, eləcə də Amerika Birləşmiş Ştatlarının və Polşa Respublikasının ordenləri ilə təltif olunub.

Müharibədən sonra

Faşizm üzərində qələbədən sonrakı illərdə  general-mayor Mahmud Əbilov   bir sıra atıcı diviziyalara komandanlıq edib və 1955-ci ildə Sovet Ordusu sıralarından tərxis olunub. Lakin tərxis olunduqdan sonra da o, Müharibə Veteranları Komitəsində böyük iş aparıb. O, SSRİ Ali Sovetinin və Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib, Azərbaycan Komunist Partiyasının Mərkəzi Komitəsinin üzvü olub. 1972-ci il yanvarın 2-də dünyasını dəyişən General Mahmud Əbilov Fəxri xiyabanda dəfn olunub.

Generala layiqli qiymət

1998-ci ildə Azərbaycan Respublikasının PrezidentiHeydər Əliyevin imzaladığı Sərəncama əsasən  general-mayor Mahmud Əbilovun 100 illik yubileyi təntənəli şəkildə qeyd olunub. Sərəncama əsasən Qusar şəhərinin mərkəzi parklarından birinə Mahmud Əbilovun adı verilib, burada onun büstü qoyulub. Generalın doğma kəndi Ukurda da onun möhtəşəm abidəsi ucaldılıb, kənddəki məktəbə adı verilib. 

 Görkəmli hərbi xadim Mahmud Əbilov ömrünün 36 ilini ən şərəfli peşəyə-Vətənə xidmətə sərf edərək sıravi əsgərdən general-mayor rütbəsindək yüksəlib. 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan və İndoneziya arasında səhiyyə sahəsində əməkdaşlıq müzakirə olunub

Macarıstan universitetləri Avropa reytinqində mövqelərini möhkəmləndirir

Bakı-Ağdam qatarına bilet azad olunmuş ərazilərə 7 günlük səfər icazəsini təmin edir

Fariz İsmayılzadə: Universitet illəri gələcək liderlərin etik və ekoloji dəyərlərini formalaşdırır

Rusiya Almaniyanın Moskvadakı səfirliyinin əməkdaşını ölkədən çıxarıb

Soyuq hava qlobal istiləşməni təkzib etmir

Metyu Uiteker: ABŞ Ukraynaya silah tədarükünü davam etdirəcək

"Qlobal çağırışlar fonunda Azərbaycanın hüquq təhsili modeli" adlı panel müzakirə keçirilib

Cənubi Koreya 11 mindən çox əcnəbiyə vətəndaşlıq verib

Albaniya və İtaliya Onkologiya İnstitutu yaradacaq

Ermənistan vətəndaşlarının məhkəməsində daha 7 nəfər təqsirləndirilən şəxs müxtəlif müddətlərə azadlıqdan məhrum edilib

Fransa müstəmləkə siyasətini davam etdirir: Kanaki və Mayotda əhali azalır, sosial-iqtisadi vəziyyət pisləşir

Abşeron məktəblərində sıxlıq azalır: 6 təhsil müəssisəsi istifadəyə verilib

“İlin Gənci” mükafatının qalibi: Bu nailiyyət təkcə mənim deyil, gənclərə göstərilən etimadın rəmzidir

Naxçıvanın yüksək dağlıq ərazilərində 90 santimetrədək qar qeydə alınıb VİDEO

Naxçıvanın yüksək dağlıq ərazilərində 90 santimetrədək qar qeydə alınıb VİDEO

Xəzər və Qaradağ rayonlarında oğurluq edən şəxslər saxlanılıblar

Kəlbəcərdə maraqlı mənzərə: At və itin dostluğu "Bir qalanın sirri"ni xatırlatdı VİDEO

Kəlbəcərdə maraqlı mənzərə: At və itin dostluğu "Bir qalanın sirri"ni xatırlatdı VİDEO

Torsten Frinqs: Avrokuboklardakı nəticələr “Qarabağ”ın yaxşı formalaşmış kollektiv olduğunu göstərir - EKSKLÜZİV

Kahramanmaraşdakı Heydər Əliyev adına məktəb Türkiyə-Azərbaycan qardaşlığına töhfədir

Elmi katib: Üzeyir Hacıbəylinin ev-muzeyi milli musiqi mədəniyyətimizin canlı yaddaşıdır

Şərurda 973 abonentə mavi yanacağın verilişi dayandırılıb

Türkiyəli bəstəkar Oğuzhan Balcı: Qara Qarayev musiqi aləmində bir çoxları üçün qütb ulduzuna çevrilib

Prezident İlham Əliyevin Əbu-Dabiyə səfəri Gürcüstan mətbuatında geniş işıqlandırılıb

“Trendyol” şirkəti ilə elektron ticarət sahəsində mövcud çağırış və tendensiyalara dair fikir mübadiləsi aparılıb

Şərur şəhərinin 3 küçəsində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq

Çin humanoidləri səhnədə: Robotları bayramlara dəvət edirlər – VİDEO

Çin humanoidləri səhnədə: Robotları bayramlara dəvət edirlər – VİDEO

Ekspert: Diplomları tanınmayan xarici ali təhsil müəssisələrində oxuyanlara hərbi möhlət hüququ verilməməlidir

“Qalatasaray” 2 il öncə 30 milyon avroya satdığı futbolçunu geri qaytarıb

"Azərbaycan Diaspor Gəncləri: Birlik və İnkişaf Forumu" çərçivəsində təlimlər və panellər keçirilib

“Yaşayan Əlişir Nəvai” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

Xocalı soyqırımında iştirakını etiraf edən Madat Babayan 19 il müddətinə azadlıqdan məhrum olunub VİDEO

Xocalı soyqırımında iştirakını etiraf edən Madat Babayan 19 il müddətinə azadlıqdan məhrum olunub VİDEO

Folklor İnstitutunda Laslo Krasnahorkai yaradıcılığına dair elmi seminar keçirilib

Marin Lö Penin 2027-ci ildə prezident seçkilərində iştirakı sual altındadır

Norveçin dənizlərində balıq ehtiyatları on il ərzində iki dəfə azalıb

Cəlal Qasımov: Yeni texnologiyalar sürətlə həyatımıza daxil olur

“ASAN xidmət” dövlət xidmətləri sahəsində BƏƏ ilə əməkdaşlığı genişləndirir

Daşkəsəndə çətin relyef şəraitində aparılan əməliyyat nəticəsində 11 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb VİDEO

Daşkəsəndə çətin relyef şəraitində aparılan əməliyyat nəticəsində 11 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb VİDEO

Səhiyyə Nazirliyinin həssas əhali qrupları üçün səyyar xidməti çərçivəsində 8 mindən çox vətəndaş müayinə olunub

Çoxmərtəbəli binalarda yanğınların söndürülməsi işinin təşkilinə dair təlim keçirilib VİDEO

Çoxmərtəbəli binalarda yanğınların söndürülməsi işinin təşkilinə dair təlim keçirilib VİDEO

Dubayda Dünya Hökumətləri Sammitində əmək bazarı ilə bağlı siyasətlər müzakirə olunub

Masallı rayonunda valideynlər üçün maarifləndirici tədbir təşkil edilib

Yaşar Zeynalov: Attestasiya 9 region üzrə mərhələli şəkildə keçiriləcək

Bako Sahakyan 20 il müddətinə azadlıqdan məhrum edilib VİDEO

Bako Sahakyan 20 il müddətinə azadlıqdan məhrum edilib VİDEO

ASCO 2025-ci ildə zərərsizləşdirdiyi tullantıların həcmini açıqlayıb

Ukraynalılar üçün Avropaya giriş pullu olacaq

Kənan Əkpərov: Səfirliklərin elektron sistemdən əldə edilən arayışları tanıması üçün işlər görülür

Litva XİN: ABŞ Baltik Müdafiə Təşəbbüsünə 200 milyon dollar ayırıb

Aytac Qasımova: Məqsədimiz Azərbaycanın hüquq icmasının inkişafını dəstəkləyən platforma yaratmaqdır

“Enerji sektorunda kibertəhlükəsizlik və Kiberpoliqon platformasının imkanları” adlı təlim keçirilib

Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edilib VIDEO

Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edilib VIDEO

Ceyhun Bayramov: Çin ilə hərtərəfli strateji tərəfdaşlığın dərinləşdirilməsi xarici siyasətimizin ən vacib istiqamətlərindən biridir

ƏÜO-da “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”nun buraxılış mərasimi keçirilib

Memar Aysel Hüseynova: “Şəhərsalma və Memarlıq İli” sahənin inkişafına təkan verəcək

David Babayan ömürlük azadlıqdan məhrum edilib VİDEO

David Babayan ömürlük azadlıqdan məhrum edilib VİDEO

Davit İşxanyan ömürlük azadlıqdan məhrum edilib VİDEO

Davit İşxanyan ömürlük azadlıqdan məhrum edilib VİDEO

David Manukyan ömürlük azadlıqdan məhrum edilib VİDEO

David Manukyan ömürlük azadlıqdan məhrum edilib VİDEO

Həmidə Ömərova: Qarabağdakı quruculuq işləri hər birimizdə böyük qürur hissi yaradır VİDEO

Həmidə Ömərova: Qarabağdakı quruculuq işləri hər birimizdə böyük qürur hissi yaradır VİDEO

Nazir: Regionlarda hüquqşünas çatışmazlığı ilə üzləşirik

“Zayed İnsan Qardaşlığı Mükafatı” regionda sülhün bərqərar olmasına verilən beynəlxalq qiymətdir RƏY

Əbu-Dabidə Ukrayna üzrə danışıqlar davam edir

Levon Mnatsakanyan ömürlük azadlıqdan məhrum edilib VİDEO

Levon Mnatsakanyan ömürlük azadlıqdan məhrum edilib VİDEO

İcraçı direktor: Bərpaolunan enerjiyə qoyulan investisiyalar yeni iş yerlərinin sayını 3 qat artırır

Arayik Harutyunyan ömürlük azadlıqdan məhrum edilib VİDEO

Arayik Harutyunyan ömürlük azadlıqdan məhrum edilib VİDEO

Bakıda yağış yağacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək – PROQNOZ

Qiymətdən daha önəmli – Azərbaycanda dayanıqlı avtomobil bazarının formalaşdırılması - Məqalə

Superliqa klubu sabiq baş məşqçisini geri qaytara bilər

Ekspert Şurasının növbəti iclası keçirilib

Elşad İsgəndərov: Gənclərin COP 29 prosesində iştirakı Azərbaycanın iqlim diplomatiyasına yeni dinamika gətirir

“Arsenal” 17 yaşlı futbolçu üçün 90 milyon avro ödəməyə hazırdır

Züleyxa Qarayeva-Bağırova: Atamın doğum günündə mənzilimizin qapısı hər kəsin üzünə açıq olub

Adil Kərimli: Bu gün Azərbaycan mədəniyyəti hər kəsin həyat tərzinə çevrilməli olan sosial fenomen kimi ortaya qoyulub

“Nestle” körpə qidaları ilə bağlı məhsulunu geri çağırıb

Polşanın Baş naziri Kiyevə səfər edib

Xaçmazda qatar avtomobillə toqquşub, ölən var VİDEO

Xaçmazda qatar avtomobillə toqquşub, ölən var VİDEO

Pakistanda əməliyyat başa çatdı: 216 terrorçu öldürüldü

Şamaxıda dəm qazı faciəsi: ana və iki övladı xəstəxanaya yerləşdirildi VİDEO

Şamaxıda dəm qazı faciəsi: ana və iki övladı xəstəxanaya yerləşdirildi VİDEO

“By Fateh” ictimai iaşə obyektində yoxlama aparılıb

Musiqi ilə döyünən 92 illik ömür FOTO VİDEO

Musiqi ilə döyünən 92 illik ömür FOTO VİDEO

İmperatriça Evgeniyanın tacı tam bərpa ediləcək

BDU-da Çin Yaz Festivalı keçirilib

Kənan Əkpərov: Əlilliyin müəyyən edilməsi ilə bağlı süni intellekt həllərinin tətbiqi nəzərdə tutulur VİDEO

Kənan Əkpərov: Əlilliyin müəyyən edilməsi ilə bağlı süni intellekt həllərinin tətbiqi nəzərdə tutulur VİDEO

Mərcan gözlü Batabatın qış nağılı VİDEO

Mərcan gözlü Batabatın qış nağılı VİDEO

Binəqədidə optik naqil oğurlayan şəxs saxlanılıb VİDEO

Binəqədidə optik naqil oğurlayan şəxs saxlanılıb VİDEO

İssık-Kul gölü quruma təhlükəsi ilə üz-üzə: suyun səviyyəsi 14 metr aşağı düşüb

Vüqar Hümbətov: Bu il attestasiya prosesinə 8 mindən artıq müəllim cəlb olunacaq

Kamran Əliyev: Bəzi hüquq sahələri tarixə çevrilir

Ermənistan vətəndaşlarının məhkəməsində yekun məhkəmə qərarı elan olunur

Şeffild Universitetində Azərbaycan Gəncləri Günü münasibətilə film nümayiş olunub

Lənkəranda narkomaniya ilə bağlı maarifləndirici aksiya təşkil olunub

Dünya Hökumətlər Sammitində mədəni əlaqələrin insan qardaşlığının möhkəmlənməsində rolu vurğulanıb

Vüsal Qasımlı: Məşğulluq strategiyasında yeni mərhələyə keçirik – MÜSAHİBƏ

Nazir müavini: Azərbaycan Afrikada diplomatik təmsilçiliyi genişləndirir, əməkdaşlıq üçün mövcud potensialı araşdırır VİDEO

Nazir müavini: Azərbaycan Afrikada diplomatik təmsilçiliyi genişləndirir, əməkdaşlıq üçün mövcud potensialı araşdırır VİDEO

Azərbaycanın sülhyönümlü siyasəti beynəlxalq müstəvidə yüksək qiymətləndirilir - RƏY

EMTA-da Dünya Bankının nümayəndə heyəti ilə məsləhətləşmələr aparılıb

Neftin və tarixin izi: Nobel qardaşlarının ev-muzeyi VİDEO

Neftin və tarixin izi: Nobel qardaşlarının ev-muzeyi VİDEO

Qazaxıstanda 4500-dən çox insan orqan transplantasiyası üçün növbə gözləyir

®  “İrşad”da “Yaşıl Cümə” gəldi – ürəklə seç! VİDEO

® “İrşad”da “Yaşıl Cümə” gəldi – ürəklə seç! VİDEO

“Rəqəmsal məktəb” platforması: Müəllim fəaliyyətinə dair valideyn rəyi

“Alphabet” cari ildə süni intellektə 185 milyard dollar sərmayə yatıracaq

İnam Kərimov: Güclü dövlət anlayışı vətəndaş və sahibkarların hüquqlarının qorunması ilə ölçülür