Böyükağa Hacıyev: Məqsədimiz ardıcıl olaraq üçüncü dəfə Azərbaycan çempionu olmaqdır
Bakı, 14 yanvar (AZƏRTAC). Məqsədimiz ardıcıl olaraq üçüncü dəfə Azərbaycan çempionu olmaqdır
AZƏRTAC xəbər verir ki, bu sözləri Bakının “Neftçi” futbol klubunun baş məşqçisi Böyükağa Hacıyev demişdir.
B.Hacıyev qeyd etmişdir ki, Antalya təlimlərindən sonra komanda daha yaxşı səviyyədə olacaqdır. Qış fəslindən yaxşı yararlanmaq üçün “Mardan” İdman Kompleksində bunun üçün hər bir şərait yaradılmışdır. Hazırlığın birinci mərhələsi əsasən fiziki tapşırıqlardan ibarət olacaqdır. İkinci mərhələdə isə taktiki-texniki məsələlərə diqqət ayrılacaqdır.
Baş məşqçi əsas komandaya bir necə gənc futbolçunun qatıldığını bildirmişdir. Bu da onların təcrübə qazanmasına və yaxın gələcəkdə əsas heyətin üzvlərinə çevrilməsi üçün bir fürsətdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.05.2026 [17:46]
Dik Advokat yenidən Kurasao millisinin baş məşqçisi təyin olunub
- 13.05.2026 [17:01]
Robert Levandovski “Barselona”nı tərk edir
- 13.05.2026 [16:21]
Region Liqasında final və 3-cü yer uğrunda oyunların yeri müəyyənləşib
- 13.05.2026 [15:37]
DÇ-2026: İraq millisinin 5 futbolçusu ABŞ vizası ala bilməyib
- 13.05.2026 [15:15]
Azərbaycanı “AGF Trophy” turnirində 16 idman gimnastı təmsil edəcək
- 13.05.2026 [15:02]
ADAU ilə Gəncə Voleybol Klubu arasında əməkdaşlıq memorandumu imzalanıb
- 13.05.2026 [13:55]