Amerikalı mühəndislər “Tramp marşrutu” layihəsi üçün Ermənistana gəliblər
Bakı, 13 may, AZƏRTAC
Amerikanın “AECOM” mühəndislik konsaltinq şirkətinin nümayəndələri Ermənistana gəliblər. Onlar “Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutu” (TRIPP) layihəsi üçün ərazidə tədqiqat işlərinə başlayacaqlar.
AZƏRTAC xəbər verir ki, Ermənistan hökumətinin mətbuat xidmətinin məlumatına görə, “AECOM” komandası İrəvana Dövlət Departamentinin qlobal infrastruktur və investisiya tərəfdaşlığı Fondu adından gəlib.
Qeyd edilir ki, Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryanla görüşdə layihə üçün hazırlanan texniki-iqtisadi əsaslandırmanın əsas istiqamətini və gözlənilən nəticələri təqdim olunub.
Çərşənbə axşamı Qriqoryan layihənin gedişini müzakirə etmək məqsədilə İrəvanda Dövlət Departamenti və İnkişaf Maliyyə Korporasiyasının nümayəndələrindən ibarət ABŞ nümayəndə heyətini qəbul edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.05.2026 [15:07]
Belarusda həkimlər üçün “virtual xəstə” proqramı hazırlanıb
- 13.05.2026 [14:54]
Tramp Çin səfərinə Səmavi Məbədi ziyarət etməklə başlayacaq
- 13.05.2026 [14:53]
“NATO-Serbiya” hərbi təlimi: 600 hərbçi və 9 ölkədən müşahidəçi
- 13.05.2026 [14:07]
Ukrayna Rusiya əsirliyindən 9000-dən çox vətəndaşını geri qaytarıb
- 13.05.2026 [13:30]