Böyükşor gölü ilə bağlı ətraf mühitə təsirin qiymətləndirilməsi sənədi təqdim edilmişdir
Bakı, 12 mart (AZƏRTAC). Beynəlxalq Mətbuat Mərkəzində Böyükşor gölünün bərpasının birinci mərhələsi layihəsi üzrə hazırlanmış Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi Sənədi təqdim edilmişdir.
“Təmiz Şəhər” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, müzakirələrdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin, “Azərsu” ASC-nin və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak etmişlər.
Bildirilmişdir ki, sənəd ərazidə görüləcək işlər üzrə ətraf mühitə təsirin öyrənilməsi və açıqlanması, eləcə də zəruri olan qabaqlayıcı tədbirlərin yerinə yetirilməsi haqqında ətraflı məlumatların ictimaiyyətə çatdırılması məqsədi ilə hazırlanmışdır. Böyükşor gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq həyata keçirilir. 2014-2015-ci illəri əhatə edəcək birinci mərhələdə Böyükşor gölünün Olimpiya stadionunun inşa edildiyi yerin yaxınlığında yerləşən 300 hektara yaxın hissəsi bərpa olunacaqdır.
Tədbirdə mütəxəssislər ortaya çıxan sualları cavablandırmışlar. Tədbir iştirakçıları layihəni dəstəkləmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]