BQXK-nin avtomobillərinin Xankəndidən Laçın istiqamətinə maneəsiz keçidi təmin edilib
Şuşa, 28 dekabr, Elmir Səftərov, AZƏRTAC
Dekabrın 28-də aksiya iştirakçıları Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus avtomobillərin Xankəndidən Laçın istiqamətinə maneəsiz keçməsinə şərait yaradıblar.
AZƏRTAC xəbər verir ki, bu dəqiqələrdə Xankəndidən Laçın istiqamətinə doğru hərəkət edən BQXK-yə məxsus üç avtomobilin aksiya keçirilən ərazidən keçidi təmin olunub.
Qeyd edək ki, bu, humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyətin olmadığını göstərir.