BRAZİLİYALILARA BOLİVİYANI TƏRK ETMƏK GÖSTƏRİŞİ VERİLMİŞDİR
Boliviya ilə həmsərhəd Akrl ştatı yaxınlığında yaşayan Braziliya vətəndaşlarının əksəriyyəti qonşu ölkədə böyük torpaq sahələrinə malikdir.
Xatırladaq ki, Prezident Evo Moralesin qərarına görə, əcnəbilər sərhədin 50 kilometr hüdudunda bütün əraziləri azad etməlidirlər. Bu ölkələrin xarici siyasət idarələri arasında yaradılan xüsusi komissiya Braziliya vətəndaşlarının digər ərazilərə köçürülməsi və mülkiyyət itkisinə görə kompensasiya ödənilməsinin mümkünlüyü məsələlərini öyrənir.
Braziliya ilə Boliviyanın münasibətləri Prezident Evo Moralesin ölkə ərazisindəki bütün neft və qaz hasilatı müəssisələrini sahiblərinə kompensasiya ödənilmədən milliləşdirmək qərarından sonra gərginləşmişdir. Braziliyanın Petrobraz dövlət şirkəti digər əcnəbi şirkətlərlə müqayisədə daha çox ziyan çəkmişdir.