DÜNYA
Britaniya mediası: Kral Çarlzın səhhətində müsbət irəliləyişlər var
London, 10 sentyabr, AZƏRTAC
Kral Çarlzın səhhətində müsbət irəliləyiş davam edir.
AZƏRTAC xəbər verir ki, bu barədə Böyük Britaniyanın nüfuzlu “The Independent” qəzetinə saraya yaxın mənbələr məlumat verib.
Məlumata görə, Kral Çarlz bu ilin fevral ayında xərçəng xəstəliyinə tutulduğunu açıqladıqdan sonra mümkün qədər rəsmi dövlət vəzifələrini icra etməyə və tədbirlərdə iştirak etməyə çalışıb. Onun oktyabr ayında Kraliça Kamilla ilə birlikdə Avstraliyaya səfəri planlaşdırılır. Bildirilib ki, Kralın səhhəti və müalicəsi prioritet olaraq qalır.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London