Britaniyalı nazir İlon Maska sərt mesaj göndərib
London, 1 oktyabr, AZƏRTAC
Britaniyanın energetika və sıfır emissiya məsələləri üzrə dövlət katibi Ed Milibend texnologiya milyarderi İlon Maska sərt mesaj ünvanlayaraq onun siyasətdən və ölkədən “rədd olmasını” tələb edib.
AZƏRTAC “The Independent”ə istinadla xəbər verir ki, nazir bu çıxışı Liverpulda keçirilən Leyboristlər Partiyasının konfransında səsləndirib. O qeyd edib ki, İlon Mask və Reform UK Partiyasının lideri Naycel Faraj “cəmiyyətləri və həyat tərzimizi birləşdirən bağları məhv etmək istəyən qlobal şəbəkənin bir hissəsidir”.
Energetika naziri Ed Milibend bildirib: “İlon Mask küçələrdə zorakılığa çağırış edir. O, seçilmiş hökumətin devrilməsini istəyir. X platforması vasitəsilə dezinformasiya yayır və düşünür ki, bizə Britaniyanı necə idarə etməyi diktə edə bilər. Konfransda bizim İlon Maska mesajımız budur: siyasətimizdən və ölkəmizdən rədd ol!”.
Qeyd edək ki, bundan əvvəl İlon Mask Londonda ifrat sağçı Tommi Robinsonun təşkil etdiyi mitinqdə nümayişçilərə “mübarizə aparın, ya da ölün” çağırışı ilə çıxış etdiyinə görə hökumət dairələrindən kəskin tənqidlər almışdı.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [16:46]
Konqoda Ebola virusundan ölənlərin sayı 4018-ə çatıb
- 02.10.2026 [16:34]
Yəməndə aclıq səviyyəsi sürətlə artır
- 02.10.2026 [15:40]
Somali sahillərində Pakistanın 4 dənizçisi piratlardan xilas edilib
- 02.10.2026 [15:17]
Rusiya neft emalı zavodlarının modernləşdirilməsini təxirə sala bilər
- 02.10.2026 [15:15]
İran İraqdan uçuş məhdudiyyətlərinin aradan qaldırılmasını istəyib
- 02.10.2026 [15:08]
Ukraynalı ekspert: Rusiya döyüş taktikasını dəyişib VİDEO
- 02.10.2026 [14:43]