Britaniyalı tennisçi qızların fərdi yarışının qalibi olub
Bakı, 27 iyul, Məhərrəm Əlioğlu, AZƏRTAC
İyulun 27-də XV Avropa Gənclər Olimpiya Festivalında qız tennisçilərin mübarizəsi britaniyalı atletin çempionluğu ilə başa çatıb.
AZƏRTAC xəbər verir ki, Böyük Britaniya təmsilçisi Matilda Mutavdziç Bakı Tennis Akademiyasında keçirilən yarışın final qarşılaşmasında rusiyalı Mariya Şoloxovanı 2:0 (6:1, 6:1) hesabı ilə məğlub edərək qızıl medala sahib olub.
Bürünc medal uğrunda görüşdə isə çexiyalı Dominika Salkova fransalı Ouşen Babeli 2:1 (6:2, 0:6, 12:10) hesabı ilə məğlub edib.