Britaniyalıların 49 faizi Rusiyanın Brexit referendumuna müdaxiləsinə inanır
Bakı, 26 iyul, AZƏRTAC
Britaniyalı seçicilərin 49 faizi Rusiyanın Böyük Britaniyanın Avropa İttifaqının tərkibindən çıxması (Brexit) barədə 2016-cı ildə keçirilən referendumun gedişinə təsir etdiyinə inanır.
AZƏRTAC “The Guardian” qəzetinə istinadla xəbər verir ki, bu barədə məlumat “Opinium” kompaniyasının keçirdiyi sosioloji sorğunun nəticələrində əksini tapıb. Eyni zamanda, sorğunun gedişində respondentlərin 23 faizi əks fikirdə olduğunu bildirib.
2019-cu ildə Böyük Britaniyada keçirilən sonuncu seçkilərə gəldikdə isə rəyi soruşulan vətəndaşların 47 faizi Rusiyanın müdaxiləsi barədə düşünür, 24 faizi isə buna inanmır.
Sorğu müəllifləri 2016-cı il referendumu və 2019-cu il seçkilərindən başqa, 2015 və 2017-ci il seçkiləri, həmçinin Şotlandiyanın müstəqilliyi barədə 2014-cü ildə keçirilən referendum barədə də britaniyalıların fikirlərini öyrənib. Bütün hallarda Rusiyanın müdaxiləsini düşünən vətəndaşların sayı əksini hesab edənləri üstələyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:58]
Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb
- 05.10.2026 [17:58]
Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub
- 05.10.2026 [17:51]
Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir
- 05.10.2026 [17:30]
“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib
- 05.10.2026 [16:31]