Britaniyaya qanunsuz gedən miqrant qayıqlarına nəzarət artırılır
London, 5 iyun, AZƏRTAC
Fransa hökuməti Böyük Britaniyaya yola düşən miqrant qayıqlarını ilk dəfə dənizdə qarşısını almaq üçün yeni plan hazırlayacağını bəyan edib.
AZƏRTAC “Telegraph”a istinadla xəbər verir ki, bu plan növbəti altı həftə ərzində tamamlanacaq və iyulun 8-də keçiriləcək Fransa–Britaniya sammitinədək hazır vəziyyətə gətiriləcək. Fransa Daxili İşlər Nazirliyinin nümayəndələri bildirib ki, miqrantlarla dolu qayıqlar sahildən 300 metr məsafədə hədəfə alınacaq və Britaniyaya yola çıxmazdan əvvəl dayandırılacaq.
Yeni strategiyanın bir hissəsi olaraq, Fransa dəniz təhlükəsizlik qüvvələrini altı yeni patrul gəmisi ilə gücləndirir. Bu gəmilər yalnız miqrantları xilas etməklə kifayətlənməyəcək, həm də Böyük Britaniyaya yola düşən qayıqların vaxtında qarşısını alacaq.
Fransa hökumətinin bu addımı Böyük Britaniyanın daxili işlər naziri İvett Kuperin bu həftəki çağırışından sonra gəlib. Nazir Fransadan miqrant qayıqlarının dənizdə mümkün qədər tez qarşısının alınmasını tələb etmişdi. Bu çağırışın səbəbi isə ötən şənbə günü 1,195 miqrantın 19 qayıqla Böyük Britaniyaya çatması olub. Bu, bir gün ərzində qeydə alınmış ən yüksək göstəricidir.
Cari ilin əvvəlindən bu günə qədər 14 min 812 miqrant La-Manş boğazını keçərək Böyük Britaniyaya daxil olub ki, bu da indiyədək ən yüksək illik göstərici sayılır.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2026 [16:35]
Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır
- 08.08.2026 [13:27]
Rusiya regionlarına PUA hücumları nəticəsində yeddi nəfər xəsarət alıb
- 08.08.2026 [08:37]
Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur
- 08.08.2026 [08:21]
Böyük Britaniyada enerji borcları rekord həddə çatıb
- 08.08.2026 [06:06]
Alimlər Sibirdə metan emissiyalarının artdığını bildiriblər
Bu saata olan əsas xəbərlər
- [20:00]
Çimərliyə gedənlərə XƏBƏRDARLIQ
- [16:31]
Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb
- 07.08.2026 [23:54]
Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır
- 07.08.2026 [23:45]
ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub
- 07.08.2026 [22:46]
Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb
- 07.08.2026 [22:37]
Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb
- 07.08.2026 [22:22]
Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var
- 07.08.2026 [21:42]
Antarktida buzlaqları civə mənbəyinə çevrilir
- 07.08.2026 [21:20]
İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb
- 07.08.2026 [21:15]
Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur
- 07.08.2026 [20:02]
Bu saata olan əsas xəbərlər
- 07.08.2026 [20:00]
İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub
- 07.08.2026 [19:15]
Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək
- 07.08.2026 [19:06]
Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar
- 07.08.2026 [18:05]