Bu gün Azərbaycan Premyer Liqasının VIII turuna start veriləcək
Bakı, 30 sentyabr, AZƏRTAC
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının VIII turuna start veriləcək.
AZƏRTAC Peşəkar Futbol Liqasının (PFL) saytına istinadla xəbər verir ki, üç günü əhatə edəcək turda beş qarşılaşma keçiriləcək.
Sentyabrın 30-da “Səbail”-“Qəbələ” komandaları üz-üzə gələcək. “ASK Arena”da oynanılacaq görüş saat 19:00-da başlayacaq.
Oktyabrın 1-də ikinci oyun günündə “Turan Tovuz” kollektivi “Zirə”nin qonağı olacaq. Tovuz şəhər stadionuna keçiriləcək matç saat 15:30-da start götürəcək.
Günün mərkəzi qarşılaşmasında lider “Qarabağ” komandası “Neftçi”ni qəbul edəcək. “Azersun Arena” stadionunda keçiriləcək qarşılaşma saat 18:00-da başlayacaq.
Turun sonuncu gününün oyunlarında oktyabrın 2-də “Şamaxı”-“Sabah” və “Sumqayıt”-“Kəpəz” komandaları görüşəcək. Şamaxı şəhər stadionunda keçiriləcək ilk matça saat 15:30-da start veriləcək. Digər oyun isə “Kapital Bank Arena”da saat 18:00-da başlayacaq.
Bütün görüşlər “CBC Sport” kanalı ilə birbaşa yayımlanacaq.
Turnir cədvəlində 18 xalla “Qarabağ” və “Neftçi” ilk iki yeri bölüşür. 16 xala malik olan “Sabah” üçüncü yerdədir. Digər pillələrdə müvafiq olaraq “Qəbələ” (12), “Turan Tovuz” (10), “Zirə” (10), “Səbail” (5), “Kəpəz” (3), “Sumqayıt” (3) və “Şamaxı” (2) klubları qərarlaşıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [14:09]
Dünya Kuboku: Azərbaycan üzgüçüləri yeni rekordlara imza atıblar
- 02.10.2026 [12:52]
Azərbaycanın 4 taekvondoçusu beynəlxalq turnirdə mübarizə aparacaq
- 02.10.2026 [12:41]
AMADA Parisdə keçirilən beynəlxalq iclasda təmsil olunub
- 02.10.2026 [12:12]
UEFA Millətlər Liqası: Azərbaycan – Litva matçının hakimləri bəlli olub
- 02.10.2026 [12:07]