Bu gün Misli Premyer Liqasında XXVI tura yekun vurulacaq
Bakı, 10 mart, AZƏRTAC
Bu gün Misli Premyer Liqasında XXVI tura yekun vurulacaq.
AZƏRTAC xəbər verir ki, əvvəlcə meydana “Sumqayıt” və “Kəpəz” komandaları çıxacaqlar. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda reallaşacaq görüş saat 17:00-da başlayacaq. 22 xalı olan kollektivlər müvafiq olaraq, 8-9-cu yerləri bölüşürlər.
Günün son matçında “Neftçi” “Turan Tovuz”u qəbul edəcək. “Neftçi Arena”da təşkil olunacaq oyun saat 19:30-da start götürəcək. “Ağ-qaralar” 27 xalla 7-ci, bölgə təmsilçisi 42 xalla 4-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, turun daha əvvəl baş tutan qarşılaşmalarında “Qarabağ” “Araz-Naxçıvan”ı 3:1, “Şamaxı” “Sabah”ı, “Zirə” isə “Səbail”i 1:0 hesabı ilə üstələyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [20:27]
Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]
Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb
- 29.09.2026 [16:05]