Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turuna yekun vurulacaq
Bakı, 19 oktyabr, AZƏRTAC
Oktyabrın 19-da UEFA Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turuna yekun vurulacaq.
AZƏRTAC xəbər verir ki, üçüncü turun sonuncu günündə “A”, “B”, “C” və “D” qruplarında yer alan komandalar qarşılaşacaqlar.
“A” qrupunda İngiltərənin “Arsenal” komandası Bolqarıstanın “Ludoqorest” kollektivini qəbul edəcək. Fransanın “PSJ” klubu isə İsveçrənin “Bazel” komandası ilə üz-üzə gələcək.
“B” qrupunda İstanbulun “Beşiktaş” komandası İtaliyanın “Napoli” klubunun qonağı olacaq. Qrupun digər oyununda “Dinamo Kiyev” Portuqaliyanın “Benfika” komandasını qəbul edəcək.
“C” qrupunda “Seltik” “Şotlandiya” komandası Almaniyanın “Borussiya Münxenqladbax”, “Barselona” klubu isə “Mançester Siti” kollektivi ilə münasibətlərə aydınlıq gətirəcək.
“D” qrupunda isə “Rostov” (Rusiya) - “Atletiko Madrid” və “Bavariya” - “PSV Eyndhoven” oyunları keçiriləcək.
Oyunlar Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [11:32]
Litvalı basketbolçu: Qrupdan çıxmaq üçün əlimizdən gələni edəcəyik
- 08.10.2026 [11:15]
Avropa çempionatı: Azərbaycanın 2 boksçusu yarımfinala vəsiqə qazanıb
- 08.10.2026 [11:01]
Azərbaycan taekvondoçusu Paris Qran-Prisində mübarizə aparacaq
- 08.10.2026 [10:22]
Azərbaycan Kubokunda bu gün daha 3 oyun keçiriləcək
- 08.10.2026 [10:04]