Bu gündən Özbəkistanda koronavirusla əlaqədar karantin rejimi yenidən gücləndirilir
Daşkənd, 1 aprel, AZƏRTAC
Aprelin 1-dən Özbəkistanda karantin rejimi yenidən gücləndirilib, toyların və digər şənliklərin, həmçinin kütləvi mədəniyyət tədbirlərinin keçirilməsinə məhdudiyyətlər qoyulub.
AZƏRTAC xəbər verir ki, bununla bağlı Özbəkistan Koronavirusla bağlı Xüsusi Respublika Komissiyası qərar qəbul edib.
Bildirilir ki, toy zamanı şənlikdə karantin qaydalarına əməl etməklə 100-dən artıq iştirakçı olmamalı, sosial məsafə gözlənilməlidir. Müxtəlif mədəniyyət tədbirləri və konsertlərdə salondakı yerlərin 50 faizinə bilet satılmalıdır. Salonun girişində yoxlama zamanı hərarəti olanlar salona buraxılmamalı, tamaşaçıların hamısı maskada olmalıdır. Konsert salonlarının foyesində maska və antiseptik vasitələrdən başqa heç nə satılmamalıdır.
Aprelin 1-dən bir sıra ticarət müəssisələrinin fəaliyyətinə də məhdudiyyətlər tətbiq olunur.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]
Qazaxıstan mərciməyi Azərbaycandan keçməklə Hindistana göndərib
- 23.09.2026 [15:47]
Qəzzanın bərpası üçün 2,45 milyard dollarlıq plan hazırlanıb
- 23.09.2026 [15:37]
İstanbulun minillik şahidi – Dikilitaş
- 23.09.2026 [15:12]
Papa XIV Leonun səfərinin maliyyələşdirilməsi Fransada problemə çevrilib
- 23.09.2026 [15:01]
Ankara Böyükşəhər Bələdiyyəsinin sədri CHP-dən istefa verib
- 23.09.2026 [15:00]