Bu il 11 ali məktəbin akkreditasiya qiymətləndirilməsinin həyata keçirilməsi planlaşdırılır
Bakı, 20 fevral, AZƏRTAC
2024-cü ildə 11 ali təhsil müəssisəsinin institusional akkreditasiya qiymətləndirilməsinin həyata keçirilməsi planlaşdırılır.
AZƏRTAC xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov bu gün keçirilən brifinqdə deyib. O bildirib ki, Azərbaycan Turizm və Menecment Universiteti, Bakı Biznes Universiteti, Qərbi Kaspi Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Gəncə Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Bakı Slavyan Universiteti, Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı, Bakı Dövlət Universitetinin Qazax filialı və Sumqayıt Dövlət Universitetinin institusional akkreditasiya qiymətləndirilməsindən keçməsi planlaşdırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [15:48]
Xalq şairi və istiqlal mübarizi Sabir Rüstəmxanlı – AMEA-da elmi konfrans
- 12.10.2026 [15:23]
“Mənim atam qəhrəmandır” – BDU-da şəhid övladları ilə görüş
- 12.10.2026 [14:23]