Bu il Cəlilabadda 501 hektarda pambıq əkilib
Cəlilabad, 25 iyul, Bağır Əliyev, AZƏRTAC
Cəlilabad rayonunda ənənəvi təsərrüfat sahələrindən biri pambıqçılıqdır. Ötən əsrin 70-ci illərində rayonda taxılçılıqla yanaşı, pambıqçılıqda da yüksək nəticələr əldə olunub.
Sonralar üzümçülüyün perspektivli olduğu nəzərə alınaraq rayonda pambıqçılıq ləğv edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ölkəmizdə aqrar sahənin inkişafına göstərilən dövlət dəstəyi nəticəsində Cəlilabad rayonunda ənənəvi təsərrüfat sahələri, o cümlədən pambıqçılıq yenidən dirçəlməyə başlayıb. 2016-cı ildə rayonda 500 hektarda pambıq əkilib. Bu il isə rayonda 501 hektarda pambıq əkini aparılıb.
Cəlilabadda pambıqçılıq Sabirabad, Təzəkənd, Uzuntəpə və Günəşli kəndlərində inkişaf etdirilir.
Hazırda rayonun pambıq sahələrində becərmə və suvarma işləri davam etdirilir.
Qeyd edək ki, 2019-cu ildə rayonda 507 hektar sahədə pambıq əkilib, sahələrdən 1259,6 ton pambıq yığılıb. Hər hektardan götürülən məhsuldarlıq 24,8 hektar təşkil edib. Bu il pambıq sahələrindən 1300 ton “ağ qızıl”ın yığılması nəzərdə tutulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:13]
NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub
- 05.10.2026 [18:27]
Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO
- 05.10.2026 [17:54]
Kürdəmirdə narkotik vasitələrin fəsadlarından danışılıb
- 05.10.2026 [17:37]
Naxçıvanda DOST Qəbul şöbələri yaradılır
- 05.10.2026 [17:05]
Kəlbəcər sakinləri mina təhlükəsizliyi barədə məlumatlandırılıblar
- 05.10.2026 [16:58]