Bu il direktorların işə qəbulu imtahanları yeniliklərlə yadda qalıb
Bakı, 24 mart, AZƏRTAC
Bu il direktorların işə qəbulu imtahanları bir sıra yeniliklərlə yadda qalıb.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, bu il ilk dəfə olaraq fevralın 19 və 25-də direktorların işə qəbulu üzrə onlayn sınaq imtahanları keçirilib.
Bu ilki imtahanlarda rekord sayda - 2683 namizəd iştirak edib. Namizədlərə müsabiqə ilə bağlı detallı imtahan proqramı, izahlı test tapşırığı nümunələri təqdim olunub. Elektron sənəd qəbulu mərhələsindən əvvəl vakant yerlərlə tanış olmaq imkanı yaradılıb. Bütün imtahan mərkəzlərində hər seans başa çatdıqdan sonra namizədlər 10 dəqiqə ərzində təqdim olunan test tapşırıqlarının düzgün və yanlış cavabları ilə tanış olublar. Həmçinin imtahanlar başa çatdıqdan sonra namizədlərin şəxsi səhifələrinə müvafiq test tapşırıqları göndərilib, bu isə onların həmin suallara verdikləri cavablarla rahat şəkildə tanış olmalarına şərait yaradıb.
İmtahanlar başa çatdıqdan sonra 1 gün ərzində namizədlərin şəxsi səhifələrinə imtahan nəticələrinin təhlili göndərilib. Hər bir namizəd şəxsi səhifəsinə daxil olaraq ümumi imtahan nəticəsi ilə yanaşı, həmçinin onunla eyni nəticə göstərmiş namizəd sayı ilə tanış ola bilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj
- 10.06.2026 [23:23]
Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb
- 10.06.2026 [22:22]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [21:36]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:32]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [21:21]
Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB
- 10.06.2026 [20:28]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [20:21]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [20:07]
Bu saata olan əsas xəbərlər
- 10.06.2026 [20:00]
“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub
- 10.06.2026 [19:52]
İsveçrə Vəkillər Kollegiyasının sədri Azərbaycana səfər etməyi planlaşdırır
- 10.06.2026 [19:29]
Serbiya Prezidenti Azərbaycanın müdafiə nazirini qəbul edib
- 10.06.2026 [18:17]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [18:15]
Albaniya Respublikasının Prezidenti Bayram Beqaydan
- 10.06.2026 [18:14]