BU İL GÜRCÜSTANDAN AVROPA MƏHKƏMƏSİNƏ 13 ŞİKAYƏT GÖNDƏRİLMİŞDİR
Nazirin birinci müavini Konstantin Korkeliya demişdir: “Avropa məhkəməsində 13 şikayətdən indiyədək üçünə baxılmışdır. Məhkəmə onlardan ikisində - “Katamadze Gürcüstan əleyhinə” və “Keresaşvili Gürcüstan əleyhinə” işlərində hüquq pozuntuları aşkar etməmiş, ancaq “Donadze Gürcüstan əleyhinə” işində Avropa İnsan Hüquqları Konvensiyasının pozulduğunu müəyyənləşdirmişdir. Məhkəmə iddiaçının xeyrinə olaraq Gürcüstanın 3800 avro ödəməsini tələb etmişdir.