BU İL MASALLI RAYONUNDA 70 MİN TONDAN ÇOX TƏRƏVƏZ MƏHSULLARI İSTEHSAL EDİLƏCƏYİ GÖZLƏNİLİR
Masallı, 11 avqust (AZƏRTAC). Masallı rayonunda tərəvəz yığımı davam edir.
Tərəvəzçiliklə məşğul olan fermerlər və torpaq mülkiyyətçiləri 2008-ci illə müqayisədə 266 hektardan çox sahədə tərəvəz əkmişlər. İndiyədək sahələrdən 50 min tona yaxın məhsul -18 min ton xiyar, 15 min ton pomidor, 16 min ton badımcan, 2 min ton bibər, 1.050 ton sarımsaq, 3 min ton soğan, 2 min 635 ton kələm yığılmışdır.
Hazırda rayonda xiyar, pomidor və badımcan yığımı davam edir.
İstehsal edilən tərəvəz məhsullarının respublikanın müxtəlif şəhər və rayonlarında, o cümlədən hər həftənin şənbə və bazar günləri Bakıda keçirilən yarmarkalarda satışı təşkil edilmişdir. İndiyədək Bakıda keçirilən kənd təsərrüfatı məhsullarının satış yarmarkasına Masallıdan 20 min 500 ton tərəvəz yola salınmışdır.
Tərəvəz məhsullarının bir qismi isə rayondakı “Nur-M” MMC-nin emal müəssisisəsinə satılır.
İlin sonunadək rayonda 70 min tondan artıq tərəvəz istehsalı nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]