Bu il Monqolustanda meşə yanğınları nəticəsində 71 min hektardan çox ərazi məhv olub
Bakı, 10 mart, AZƏRTAC
Bu ilin əvvəlindən Monqolustanda 14 meşə və çöl yanğını qeydə alınıb, ümumilikdə 71 min 495 hektar meşə və çəmənlik yanıb.
AZƏRTAC MONTSAME agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin Milli Fövqəladə Hallar İdarəsi məlumat yayıb. Bildirilib ki, meşə yanğınlarının söndürülməsinə 820 nəfər və 149 yanğınsöndürən maşın cəlb olunub.
Mütəxəssislərin fikrincə, təbii yanğınların əsas səbəbləri vətəndaşların yanğınla ehtiyatsız davranması, o cümlədən qəsdən ot və dağıntıların yandırılmasıdır.
Milli Fövqəladə Hallar İdarəsi Monqolustanın əksər bölgələrində quru və küləkli hava şəraiti ilə əlaqədar olaraq, 2025-ci ilin yazında meşə-çöl yanğınları riskinin yüksək olacağını bildirib və ictimaiyyəti mümkün yanğınların qarşısını almağa çağırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [21:10]
Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik
- 29.09.2026 [20:22]
Qazaxıstan Prezidenti Almaniyaya səfər edib
- 29.09.2026 [19:13]
Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub
- 29.09.2026 [18:51]
Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib
- 29.09.2026 [18:04]