Bu ilin 9 ayında dövlət qurumları 60 domen alıb
Bakı, 6 oktyabr, AZƏRTAC
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda dövlət qurumlarının istifadəsinə 60 yeni domen verilib.
Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 9 faiz çoxdur.
Hesabat dövründə dövlət qurumlarının istifadəsinə əlavə olaraq 205 yeni subdomen də təqdim olunub ki, bu da 1 il əvvələ nisbətən 23 faiz azdır. Təkcə sentyabrda 27 yeni domen və 28 subdomen istifadəyə verilib ki, bu da ötən ilin eyni dövrünün göstəricilərindən müvafiq olaraq 13,5 dəfə çox və 6,7 faiz azdır.
Məlumata görə, 2024-cü ildə dövlət qurumları ümumilikdə 64 yeni domen və 367 yeni subdomen alıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [17:38]
Siyəzən-Dağ Quşçu-Ərziküş yolunda bərpa işlərinə başlanılıb
- 05.06.2026 [17:15]
Yeni nəsil nəzarət-kassa aparatları ilə dövriyyə 14 faiz artıb
- 05.06.2026 [17:04]