Bu ilin birinci rübündə gəmi-bərələri ilə daşınan sərnişinlərin sayı açıqlanıb

Bakı, 15 aprel, AZƏRTAC
Cari ilin ilk rübündə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) gəmi-bərələri ilə 5882 sərnişin daşınıb.
ASCO-dan AZƏRTAC-a bildirilib ki, yanvar-mart ayları ərzində Ələt-Kurık, Kurık-Ələt limanları arasında ümumilikdə 4456 sərnişin daşınıb.
Sərnişinlərin 2559-u Ələt-Kurık, 1897-si isə Kurık-Ələt istiqamətində səfər edib.
Eyni dövr ərzində Ələt-Türkmənbaşı, Türkmənbaşı-Ələt limanları arasında 1426 sərnişinin daşınması həyata keçirilib. Həmin sərnişinlərin 908-i Ələt-Türkmənbaşı, 518-i Türkmənbaşı-Ələt istiqamətində daşınıb.
Xatırladaq ki, karantin rejimi ilə əlaqədar hazırda bərə ilə ölkəni tərk etmək istəyən Azərbaycan vətəndaşları üçün Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi icazəsi tələb olunur. Xarici ölkə vətəndaşlarının ölkədən çıxarkən bu icazəni təqdim etməsinə ehtiyac yoxdur. Azərbaycana bərə ilə gəlmək istəyən həm Azərbaycan, həm də xarici vətəndaşlar isə eyni icazəni almalıdırlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.04.2025 [19:13]
Azərbaycan-Sloveniya biznes-forumu keçirilib
- 17.04.2025 [18:54]
Daha 5 şəhərətrafı müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır
- 17.04.2025 [18:14]
Azərbaycanlı və türkiyəli sahibkarlar Türkmənistanda vafli parça alırlar
- 17.04.2025 [16:50]
® “ABB”nin dəstəyi ilə ADA Universitetində “Karyera Həftəsi” başlandı!
- 17.04.2025 [16:46]