Bu yay Böyük Britaniyada rekord dərəcədə isti olub
London, 1 sentyabr, AZƏRTAC
Böyük Britaniyada 2025-ci ilin yayı ölkə tarixində ən isti yay kimi qeydə alınıb.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, bu barədə məlumatı Birləşmiş Krallığın Milli Hidrometeorologiya Xidməti “Met Office” təsdiqləyib.
Rəsmi göstəricilərə əsasən, 1 iyun-31 avqust tarixlərində ölkə üzrə orta temperatur 16,10 dərəcə olub ki, bu da uzunmüddətli iqlim norması ilə müqayisədə 1,51 dərəcə yüksəkdir. Ardıcıl istilik dalğaları nəticəsində ölkənin müxtəlif bölgələrində quraqlıqlar və meşə yanğınları qeydə alınıb.
Yeni göstərici 2018-ci ildə qeydə alınmış əvvəlki rekord olan 15,76 dərəcəlik orta temperaturu üstələyib.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.08.2026 [17:04]
Sakit okeanındakı Vanuatu adalarında vulkan püskürüb
- 25.08.2026 [15:20]
Almaniya daha 23 əfqan miqrantı deportasiya edib
- 25.08.2026 [15:13]
Fransa kiberhücumlar qarşısında zəifliyini etiraf edir
- 25.08.2026 [15:11]
Almaniya iqtisadiyyatı ikinci rübdə 0,3 faiz artıb
- 25.08.2026 [13:59]
Daşkənddə “İslam sivilizasiyası” beynəlxalq media forumu keçirilir
- 25.08.2026 [13:14]