Budapeşt Aİ-yə üzv dövlətlərin sülh və suverenliyi naminə miqrasiyaya qarşıdır
Budapeşt, 23 aprel, AZƏRTAC
Avstriyanın Ombudsmanı Valter Rosenkranı Budapeştdə salamlayan Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto bir daha Avropanın liberal kursunu tənqid edərək bildirib ki, qonşu ölkədən olan qonağın təmsil etdiyi Avstriyanın FPÖ partiyasının sağ-mərkəzçi mövqeyi ilə həmrəydir.
AZƏRTAC xəbər verir ki, nazir “Avropa geriyə gedir və biz vətənpərvərlər bunu dayandırmaq istəyirik”, -deyə bildirib.
Onun fikrincə, buna nail olmaq üçün (Ukraynada) sülhə nail olmaq, miqrasiyaya son qoymaq və Aİ-yə üzv ölkələrin suverenliyinə hörmət etmək lazımdır.
Macarıstan diplomatik departamentinin rəhbəri qeyd edib: “Biz, Avropanın vətənpərvərləri bunun üçün birləşirik, eynilə, macar və avstriyalı vətənpərvərlər də bununla bağlı birləşirlər”.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [12:06]
Fransada alıcılıq qabiliyyəti kəskin zəifləyir
- 30.09.2026 [10:50]
Paris prokurorluğu 2027-ci il büdcəsi ilə bağlı mətbuata sızmaları araşdırır
- 30.09.2026 [07:38]
ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirib
- 30.09.2026 [07:03]
Pentaqon “Boeing” şirkəti ilə 20 milyard dollarlıq müqavilə imzalayıb
- 30.09.2026 [06:31]