DÜNYA
Budapeşt anti-Rusiya sanksiyalarının səmərəsinə skeptik yanaşır
![Budapeşt anti-Rusiya sanksiyalarının səmərəsinə skeptik yanaşır](/files/2023/3/1200x630/16973634205782653016_1200x630.jpg)
Budapeşt, 15 oktyabr, AZƏRTAC
Anti-Rusiya sanksiyaları iqtisadi planda Moskvanı çökdürə bilmədi.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərin suallarını cavablandıran Macarıstan XİN-in başçısı Peter Siyarto bildirib. O əlavə edib ki, Avropa İttifaqında Qərbin Rusiyaya qarşı sanksiyalarının təsirini müzakirə etməkdən yayınırlar.
Macarıstanın naziri deyib: “Biz həm də Rusiyaya qarşı sanksiyaların təsiri məsələsini müzakirə etməliyik. Bu sanksiyalar bizə, yoxsa Moskvaya daha çox zərər verir? Onların bir mənası varmı, qarşıya qoyulmuş məqsədlərə - məhz iqtisadi planda Rusiyanı çökdürmək, sülhə yaxınlaşmaq hədəfinə kömək etdimi? Bütün bu məsələlərlə bağlı uğur əldə olundumu? Düşünürəm ki, heç nəyin alınmadığı açıq-aşkardır”.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt