Budapeştdə mədəniyyətlərarası mübadiləyə həsr olunmuş tədbir keçirilib
Budapeşt, 28 fevral, AZƏRTAC
AYID – Gənclərin İnteqrasiyası və İnkişafı Assosiasiyası, Macarıstandakı Azərbaycan Respublikasının səfirliyinin dəstəyi ilə Pécs EXPO Mərkəzində unudulmaz Beynəlxalq axşam tədbirini təşkil edib.
AZƏRTAC xəbər verir ki, mədəni müxtəlifliyin bayramı olan bu tədbirdə Azərbaycan və Türkiyənin zəngin ənənələri təqdim olunub. Azərbaycan plovu, paxlavası və digər ləziz yeməklər vasitəsilə iştirakçılar bu ölkələrin mətbəxini və irsini yaxından tanımaq imkanı əldə etdilər.
Sehrli musiqi və rəqs nömrələri gecəyə xüsusi rəng qatıb, insanları bir araya gətirərək qlobal mədəniyyətlərə qarşı həmrəylik, anlayış və hörmət hissini gücləndirib.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt