Bukinqem Sarayı: Şahzadə Harri Londona səfəri zamanı sarayda qalmayacaq
London, 6 iyul, AZƏRTAC
Bukinqem Sarayı Şahzadə Harrinin bu həftə Londona səfəri zamanı sarayda qalmayacağını açıqlayıb.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, daha əvvəl Harrinin nümayəndələri onun kral iqamətgahında qalmaq üçün edilən dəvəti qəbul etdiyini bildirsələr də, saray mənbələrinin sözlərinə görə, hersoq müəyyən edilmiş son tarixədək bu təklifə rəsmi cavab verməyib. Nəticədə həftəsonu ona Bukinqem Sarayında qala bilməyəcəyi barədə məlumat verilib.
Məlumata görə, kral iqamətgahında qonağın qəbul olunması və Kral Evinin əməkdaşlarının hazırlıq işlərini həyata keçirməsi üçün əvvəlcədən müəyyən edilmiş minimum xəbərdarlıq müddəti tələb olunur. Şahzadə Harrinin nümayəndəsi bu qərarı məyusedici adlandırıb.
Şahzadə Harri Böyük Britaniyaya gələn il Birminqemdə keçiriləcək “Invictus Games” yarışlarını və bir sıra xeyriyyə təşəbbüslərini tanıtmaq məqsədilə səfər edir. Bildirilir ki, həyat yoldaşı Meqan və övladları Arçi ilə Lilibet Londona səfərdə onu müşayiət etməyəcəklər. Buna səbəb ailəyə dövlət hesabına polis mühafizəsinin təmin olunmayacağının təsdiqlənməsidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.07.2026 [15:00]
Sarı dəniz sahilində Çin-Rusiya birgə təlimi keçirilir
- 06.07.2026 [14:45]
UNICEF: Sudanda son altı ayda 300-dən çox uşaq öldürülüb
- 06.07.2026 [14:24]
Fransada polis bir neçə nəfərə bıçaqla hücum edən şəxsə atəş açıb
- 06.07.2026 [14:14]
Pekin Rusiya hərbçilərinin Çində təlim keçdiyinə dair iddiaları rədd edib
- 06.07.2026 [14:02]
Ankarada NATO sammiti üçün TOGG elektromobilinin limuzin modeli hazırlanıb
- 06.07.2026 [13:22]
Çin sualtı qayıqla qitələrarası raketin sınaq buraxılışını həyata keçirib
- 06.07.2026 [13:13]