Bülbülün Memorial Muzeyi Ümumxalq Hüzn Gününə həsr olunmuş videoçarx hazırlayıb VİDEO
Bakı, 20 yanvar, AZƏRTAC
Bülbülün Memorial Muzeyi Azərbaycan Milli Konservatoriyasının nəzdində incəsənət gimnaziyasının birgə təşkilatçılığı ilə 20 Yanvar - Ümumxalq Hüzn Gününə həsr olunmuş videoçarx hazırlayıb.
Muzeydən AZƏRTAC-a bildirilib ki, videoçarxda gimnaziyanın 9-cu sinif şagirdi Quluzadə Məhəmməd (müəllim Şəfiqə Məmmədova) skripkada görkəmli bəstəkar Azər Rzayevin "Violin və orkestr üçün 1 saylı konsertin 2-ci hissəsi"ni ifa edib. İfaçını fortepianoda Züleyxa Usubova müşayiət edib.
Videoçarx 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə ehtiramın, milli yaddaşın və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinin nümunəsidir.