İDMAN
BUNDESLİQA ALMANİYA MİLLİ YIĞMASI ÜÇÜN MÜKAFATLAR TƏSİS ETMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Almaniya Futbol Birliyi - Bundesliqa dünya birinciliyinin səkkizdəbir final oyunlarından etibarən milli yığmanın hər bir qələbəsi üçün xüsusi pul mükafatı təsis etdiyini açıqlamışdır.
Bundesliqa bəyan etmişdir ki, Almaniya millisi səkizdəbir final oyununda ənənəvi rəqibləri işveçlilərə qalib gələrsə, komandanın hər bir üzvünün bank hesabına 50 min avro köçürüləcək, komandanın yarımfinala çıxması 100 min, finala çıxması 150 min avro məbləğində mükafatlandırılacaqdır. Milli komanda dünya birinciliyinin qalibi olarsa, kollektivin hər bir üzvünə 300 min, məşqçi Yürqen Klinsmana isə 1 milyon avro məbləğındə mükafat veriləcəkdir.
Mütəxəssislərin fikrincə, bu, dünya birincilikləri tarixində komandanı qələbəyə ruhlandıran ən yüksək mükafatdır.