CABİR NOVRUZUN XATİRƏ GECƏSİ
Tədbirdə Milli Məclisin deputatları – Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, şair Zəlimxan Yaqub çıxış edərək, milli poeziyamızın inkişafında Cabir Novruzun xidmətlərindən, şairin qüdrətli publisistikasından, ədəbi qəzet və jurnallarda fəaliyyətindən söz açmışlar.
Gecədə Mərkəz Qacarın “Təklik məni təklədi...” və Cabir Novruzla bəstəkar Oqtay Kazıminin “Sağlığında qiymət verin insanlara” (mahnılar) kitablarının təqdimatı da olmuşdur.
Birinci kitaba şairin C.Novruza həsr etdiyi poema daxil edilmişdir. Burada mərhum şairimiz oxucuya böyük insan, bütöv şəxsiyyət, qürurlu söz ustası kimi təqdim olunur.
İkinci kitabda isə şairin şerləri, bəstəkarın isə həmin sözlərə yazdığı mahnıların notu verilmişdir.
Gecədə bədii qiraət ustalarının ifasında C.Novruzun şerləri səslənmiş, müğənnilər şairin sözlərinə yazılmış mahnıları ifa etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [19:05]
“Qaya” ansamblının “Arşın mal alan” fantaziyası illər sonra səhnədə
- 30.09.2026 [18:41]
Bakıda XIV Beynəlxalq Akustika Mühəndisliyi Forumu keçiriləcək
- 30.09.2026 [18:06]
Daşkənddə Azərbaycan dili kurslarının yeni tədris ilinin açılışı olub VİDEO
- 30.09.2026 [18:03]
“Böyük Qayıdış” ekran işığında: “Sabaha doğru”
- 30.09.2026 [17:23]