Canluici Buffon Fransa ilə İtaliya çempionatlarını müqayisə edib
Bakı, 23 oktyabr, AZƏRTAC
“PSJ” klubunun qapıçısı Canluici Buffon Fransa çempionatı ilə İtaliyanın “A” seriyasını müqayisə edib, habelə özünün bu mövsümdəki hədəfindən danışıb.
AZƏRTAC xəbər verir ki, Buffonun fikrincə, 1-ci Liqada daha çox mübarizə müşahidə olunur, amma texniki elementlər də mövcuddur. İtaliyada isə daha çox texnikaya və taktikaya diqqət yetirilir. O deyib: “PSJ” ilə birlikdə Çempionlar Liqasını udmağa ümid bəsləyirəm. Bunun nə demək olduğunu hiss etmək istəyirəm. Mən “Yuventus” ilə birlikdə iki dəfə bu turnirin finalında oynamışam, hər iki dəfə də daha güclü komandalara uduzmuşuq. İtaliyada belə bir deyim var: sonuncu ölən ümiddir”.
Xatırladaq ki, 40 yaşlı Buffon ötən yay azad agent statusunda “PSJ” heyətinə keçib və Paris klubu ilə 2019-cu ilə kimi daha bir il müddətinə uzadılma imkanı olan müqavilə imzalayıb. Qapıçı bu mövsümdə altı matçda oynayıb, qapısından üç top buraxıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [11:20]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir
- 07.10.2026 [11:19]
Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub
- 07.10.2026 [10:57]
Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır
- 07.10.2026 [10:40]
Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib
- 07.10.2026 [10:24]
Azərbaycan Kubokunda yeni mövsümə start verilir
- 07.10.2026 [10:13]
Azərbaycanın iki basketbol klubu Avropa Kubokunda mübarizəyə başlayır
- 07.10.2026 [09:49]