Cari ildə ABŞ-ın sutkalıq neft istehsalı 11 milyon barrel olacaq
Bakı, 7 aprel, AZƏRTAC
Birləşmiş Ştatların 2021-ci il üzrə gündəlik xam neft hasilatına dair proqnoz azaldılıb.
AZƏRTAC ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatına istinadla xəbər verir ki, cari ildə ölkədə neft istehsalının sutkada 11 milyon barrel olacağı nəzərdə tutulur. Əvvəlki proqnoz 11,1 milyon barrel idi.
2022-ci ildə isə Birləşmiş Ştatların sutkalıq neft hasilatının 11,9 milyon barrel təşkil edəcəyi gözlənilir. Ötənaykı proqnoz 12 milyon barrel idi.
Proqnozun azaldılmasına səbəb kimi artan neft qiymətlərinə baxmayaraq, bəzi istehsal bölgələrində qazma qurğusu fəaliyyətlərinin gözləniləndən aşağı olması göstərilib.
Qeyd edək ki, keçən il ABŞ-da gündəlik neft hasilatı 11 milyon 290 min barrel təşkil edib.
ABŞ 2018-ci ilin noyabrında Səudiyyə Ərəbistanı və Rusiyanı geridə qoyaraq dünyanın ən böyük xam neft istehsalçısı olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [20:58]
İran Prezidenti: Biz bərabər hüquqlar istəyirik
- 23.09.2026 [20:13]
Pezeşkian: İran hücumlara cavab olaraq müdafiə olunur
- 23.09.2026 [19:15]
Böyük Britaniya Çaqos adaları ilə bağlı razılaşmaya yenidən baxacaq
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]