Azərbaycan Dövlət İnformasiya Agentliyi

Cavidsiz və Cavidlə birgə

Bakı, 25 oktyabr, Turan Teymurov, AZƏRTAC

Romantizmin görkəmli nümayəndəsi, böyük Azərbaycan şairi və mütəfəkkiri Hüseyn Cavidin yaradıcılığı ədəbiyyat tariximizin əvəzsiz nümunələrindən biridir. O, Azərbaycan romantizminin banilərindən, çağdaş ədəbiyyatımızın yaradıcılarından olub. Şairin qələmindən çıxan əsərlər bədii növ, janr və forma cəhətdən zəngindir.

Ümummilli lider Heydər Əliyev unudulmaz dramaturqun zəngin yaradıcılığını yüksək dəyərləndirərək deyib: “Cavidin bütün yaradıcılığı, bütün fəaliyyəti Azərbaycan xalqının mədəniyyətini yüksəklərə qaldırmaqdan, xalqımızı azad, müstəqil etməkdən ibarət olubdur. O, həmişə öz iradəsi ilə yaşamış, öz iradəsinə, millətinə sadiq olmuşdur. Hüseyn Cavidin yaratdığı əsərlər Azərbaycan xalqının milli sərvətidir. Onlar bu gün üçün, gələcək nəsillər üçün dərslik kitabıdır”.

Oktyabrın 24-də klassik poeziyamızın görkəmli nümayəndələrindən olan Hüseyn Cavidin anadan olmasının 135-ci ildönümü tamam oldu. Bu münasibətlə Prezident İlham Əliyev şairin yubileyinin dövlət səviyyəsində keçirilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda vurğulanır ki, totalitarizmin çoxsaylı qurbanlarından biri kimi Cavidin adı doğma xalqının təfəkküründə obrazlaşıb. Ağır repressiya illərində mənən sarsılmadan keçdiyi ibrətamiz həyat yolu onu yaddaşlarda sənətkar şəxsiyyətinin bütövlüyünün rəmzinə çevirib. Bu Sərəncam bir daha böyük Azərbaycan şairi və dramaturqunun yaradıcılığına verilən qiymətin bariz nümunəsidir.

AZƏRTAC-ın müxbiri bu günlərdə ədibin ev-muzeyində olub və reportaj hazırlayıb. Yazını təqdim edirik.

Ukrayna aliminin kəşf etdiyi planetə

Azərbaycan şairinin adı verilib

Hüseyn Cavidin ev muzeyi keçmiş Kommunist, indiki İstiqlaliyyət küçəsində tarixi binada yerləşir. O, 1920-ci ildən 1937-ci il iyunun 4-dək burada yaşayıb-yaradıb.

Hüseyn Cavidin ev-muzeyinin yaradılması haqqında ilk qərar Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilir və muzeyinin açılışı 2002-ci il oktyabrın 24-də şairin anadan olmasının 120-ci ildönümündə gerçəkləşir. Muzeyin girişində vurulmuş lövhə diqqətimizi cəlb edir. Lövhədə yazılıb: “Mütəfəkkir şair Hüseyn Cavidin nəşinin Vətənə gətirilməsi və yaşadığı mənzildə ev- muzeyinin açılması ümummilli lider Heydər Əliyevin təşəbbüsü və ardıcıl səyləri ilə gerçəkləşmişdir”.

Girişdə, həmçinin heykəltəraş Ömər Eldarovun yaratdığı və əsli Hüseyn Cavid prospektində AMEA-nın əsas binası ilə üzbəüz bağda ucalan tuncdan tökülmüş “Cavid abidəsi”nin gips heykəli qoyulub. Abidənin qoyulduğu hissə ilə üzbəüz divarda “Cavid planeti” adlı lövhə asılıb. Lövhənin ətrafında verilmiş mətndən aydın olur ki, Beynəlxalq Astronomiya İttifaqı 1997-ci il iyunun 20-də Ukrayna alimi Nikolay Çernıxın kəşf etdiyi planetə Azərbaycan şairi və dramaturqu H.Cavidin adını verib. Lövhənin üzərində şairin “Peyğəmbər” poemasından götürülmüş aşağıdakı misralar yazılıb:

Bən fəqət hüsni-xuda şairiyim,

Yerə enməm də səma şairiyim...

Muzeyin ekspozisiya şöbəsinin müdiri Lalə Əliyeva “Cavidin əbədiyyəti” otağı haqqında məlumat verərək deyir ki, Hüseyn Cavid 1920-ci ildə Darülmüəllimdə işə başlayandan sonra ailə üzvləri - həyat yoldaşı Mişkinaz xanım, övladları - Ərtoğrol və Turanla bu mənzilə köçüb. Mişkinaz xanım divardan asılmış saatı Hüseyn Cavid həbs olunan gün dayandırıb. Saatın əqrəbləri 12-yə 20 dəqiqə işləmişi göstərir... Bununla da bu evdə də, Hüseyn Cavidin ailəsində də həyatın nəbzi dayanır...

Dünya qoca bir səhnə demək

Qeyd edək ki, oktyabr Cavidlər ailəsi üçün çox əziz aydır. Çünki ailənin üç üzvü - Hüseyn Cavid, Ərtoğrol və Turan bu ayda dünyaya gəlib. Hüseyn Cavid övladlarının doğum tarixlərini Şəmsəddin Sami bəyin "Qamusi-Türkü” kitabında hicri tarixi ilə qeyd edib ki, hazırda həmin kitab muzeydə nümayiş olunur. Onu da vurğulamaq lazımdır ki, şairin "Tuquş” deyə müraciət etdiyi Tomris adında qızı da olub. Balaca qızcığaz uşaq ikən difteriya xəstəliyindən dünyasını dəyişib.

Giriş otağında sanki səhnəni xatırladan yarımaçılı pərdələrlə dekor edilmiş lövhədə Cavidə şöhrət gətirmiş pyeslərinin qoz ağacından qabartma və oyma üsulu ilə işlənmiş adları yazılıb. Lövhə üzərində belə yazılıb: “Dünya qoca bir səhnə demək”. Divar boyu Azərbaycan səhnəsinin ən müxtəlif aktyor nəsillərinin ifasında oynanılmış Cavid qəhrəmanlarını əks etdirən şəkillər sıralanıb. Həmin lövhədə ötən əsrin 20-30-cu illərində Bakı teatrlarında oynanmış Cavid tamaşalarının orijinal afişaları asılıb. Giriş otağında böyük sənətkarın sağlığında ərəb və latın qrafikası ilə nəşr edilmiş əsərləri, bəraətdən sonra işıq üzü görmüş kitabları, muzeyin yeni nəşrləri, Ərtoğrol Cavid çoxcildliyi nümayiş olunur.

"Cavidin ömrü" adlanan birinci otağın eksponatları ilə tanışlıq zamanı diqqəti Mişkinaz xanımın kədər dolu böyük portreti cəlb edir. Portretin altında ömür-gün yoldaşının xatirələri, Hüseyn Cavidin ona yazdığı məktubları yer alıb. Mişkinaz xanım xatirələrində yazır: “Biz, 1918-ci ilin avqust ayında evləndik. Çox kiçik, xudmani toy məclisi oldu. Toydan bir-iki gün sonra Cavid mənə dedi ki, axı mən hərdənbir cızma-qara edirəm, gərək mənim ilk oxucularımdan biri də sən olasan, mən onun oxucusu ola bilməzdim, çünki savadım yox idi. Cavid mənə dərs deməyə başladı...”.

Köhnə sandıqla bağlı maraqlı əhvalat

Otağın küncündə Cavidlər ailəsinə məxsus köhnə sandıq və üzərində əllə toxunmuş xalça ilə bağlı Lalə Əliyeva maraqlı əhvalat danışır. Belə ki, Umusəlim qardaşı Hüseyn Cavidə evlilik yaşının çatdığını və ailə qurmasının vacib olduğunu deyir. Lakin Cavid görmədiyi və bəyənmədiyi bir xanımla ailə həyatı qurmaq istəmir. Təbii ki, o dövrdə bütün xanımlar çadraya büründükləri üçün şairin bu arzusu qeyri-mümkün idi. Belə olduqda Umusəlim qızının rəfiqəsi Mişkinazı evlərinə qonaq dəvət edir. Hüseyn Cavid isə həmin bu sandığın üzərinə yığılmış yükün arxasında gizlənərək gələcək adaxlısını gözləyir. Mişkinaz xanım otaqda kişi olmadığını zənn edib çadrasını açır və beləliklə, Cavid onu görərək bəyənir. Bundan sonra ailə qurmağa razılıq verir...

Otağın mərkəzində və onunla üzbəüz divarda iki əşya - ailənin “xilaskarı” yerləşir: yemək masası və tikiş maşını...

Hüseyn Cavidi həbs etmək üçün gələnlər axtarış apardıqları zaman onun bəzi əsərlərini tapa bilməyiblər. “Qara paltarlıların” ağlına da gəlməyib ki, şair əsərlərini yemək masasının siyirmələrində gizlədə bilər. Ədibin əlyazmaları bunun sayəsində xilas ola bilib.

Şair həbs olunduqdan sonra onun ailəsini də evdən çıxarıb şəraitsiz zirzəmiyə yerləşdirirlər. Burada Mişkinaz xanım övladlarına baxmaq üçün çox əziyyətlərə qatlaşır. O, tikiş fabrikinə işə düzəlsə də, tezliklə “vətən xaini”nin həyat yoldaşı olduğuna görə onu işdən çıxarırlar. Lakin Mişkinaz xanım gizli şəkildə aldığı sifarişləri tikiş maşınında yerinə yetirir və bu, ailənin yeganə çörək ağacına çevrilir. Otaqda Cavidlər ailəsinin 1923-36-cı illər arasında çəkilmiş fotoları, əlyazmaları, ərəb əlifbası ilə yazılmış dəftərləri, ilk müəllimlərinin fotoları və ona aid olan sənədlərin yerləşdiyi guşə, eləcə də "Mişkinaz Cavid" süjetli əl xalçası xüsusi maraq doğurur.

“Cavidin faciəsi” adlanan ikinci otaqda sənətkarın cənazəsinin Sibirdən Bakıya, buradan isə Naxçıvana aparılmasını əks etdirən fotolar, həbs olunan zaman çəkilmiş şəkilləri və əl izlərinin olduğu sənədlər, istintaq materialları, evdə axtarış aparılması barədə protokol, Sibirdən göndərdiyi məktubları, ölümü barədə şəhadətnamə, cib saatı, şəxsi kitabxanasında bəzi kitablar, ailəyə məxsus divar saatı, rəfdə Şəmsəddin Saminin "Qamusi - Türkü"sü, 1937-ci ildə Cavidə iftiralarla dolu yazılardan imzalı-imzasız kəsiklərin toplandığı kollajı əks etdirən lövhə, büstü yer alıb. Yazı masası, üzərində olan mürəkkəbqabı, qələmi, yarımçıq qalmış “Azər” poeması sanki müəllifin yolunu gözləyir... Otaqdakı maraqlı eksponatlardan biri də Hüseyn Cavidin Sibirdəki qəbrindən götürülmüş torpaqdır. Turan xanımın istəyi ilə həmin qutu hələ də açılmayıb...

Turan xanım atasının iki əsərini pulla alıb

Bələdçi Ərtoğrolun əşyalarının bir qisminin digər otaqda - Pənah Qasımovun yaşadığı mənzildə olduğunu söyləyir. “Cavidin şöhrəti” adlanan otaqda Ərtoğrolun yazı masası yerləşir. Masanın üstündə qeyd dəftərləri, rəsm çəkmək üçün boyalar, təqvim, şahmatla bağlı kitablar, bacısı Turanın ona hədiyyə etdiyi portfel... 

Turan xanımin təkbaşına min bir əziyyət və böyük zəhmət bahasına topladığı eksponatlar uzaq illərdə qalan kədərli əhvalatları da yada salır. Atasının əsərlərini toplayaraq nəşr etdirmək qərarına gələndə Tiflisdə və İrəvanda erməni və gürcü rejissorları dramaturqun əsərlərini qızına pulla satırlar. Turan xanım "Xəyyam” və “Knyaz” əsərlərini məhz bu yolla əldə edir. Zaman qara ləkələri təmizləyib aydınlığa çıxarandan sonra H.Cavidin əsərləri yenidən çap olunarkən bəzi dəyişikliklər edilmişdi. Halbuki böyük şair Osmanlı türkcəsində qələmə aldığı əsərlərinin sonunda ona toxunulmamasını da yazırdı. Turan xanım şairin çap olunmuş bütün əsərlərini yenidən işləyərək atasının vəsiyyətinə əməl edir. Həmin kitablar da muzeyin eksponatları arasındadır.

Otaqda asılmış “Cavid dünyası” triptixin mərkəzində fırça ilə görkəmli şairin surəti, sağ və sol hissəsində isə əsərlərinin qəhrəmanları əks olunub. “İblis operasının yaranması” tablosunda Hənəfi Terequlov, Hüseyn Cavid, Ərtoğrol, Pənah Qasımov, Müslüm Maqomayev və Üzeyir Hacıbəyov təsvir edilib.

Muzeyin maraqlı eksponatlarından biri də xalçaçı-rəssam Afaq Kərimovanın Cavidlərin həyat yolunu əks etdirən xalçalardır. Hüseyn Cavidə həsr olunan xalçanın üzərində şairi Sibirə aparan dəmir yollarının təsviri var...

Xalçanın aşağı hissəsində sürgün həyatı yaşayan ədibin bütün məktublarında yazdığı bir cümlə əks olunub: "Turandan muğayat olun!”. Böyük şair qızı Turandan da, Turan elindən də nigaran idi...

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

KOBİA rəsmisi: KOB-ların yaşıl transformasiyası məsələsinə sistemli yanaşma tətbiq edilməlidir

Cənubi Qafqazın hazırkı geosiyasi mərhələsinin üç əsas strateji xətti TƏHLİL

Elnur Əliyev: KOB-ların ehtiyaclarına cavab verən qlobal yanaşma hələ tam formalaşmayıb

Tramp İranda rejim dəyişikliyi ilə heç vaxt maraqlanmadığını bildirib

Elçinin "Cəhənnəm sakinləri" əsəri yeni səhnə yozumunda nümayiş etdirilib

Siyasi şərhçi: Azərbaycanın regional təhlükəsizlik gündəliyində təşəbbüskar rolu bir daha təsdiqlənir

KOBİA: KOB-lar iqlim maliyyələşdirilməsi imkanları haqqında kifayət qədər məlumata malik deyil

Yaponiyada zəlzələ olub

CENL-nin növbəti illik iclası yekunlaşıb

Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti Tolerantlıq Evi ilə tanış olub

“Reuters”: Amerikalıların 38 faizi ölkənin daha 250 il mövcud olacağına şübhə edirlər

Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlər inkişaf etdirilir

® “Azercell”in dəstəyi ilə “RobotChallenge Azerbaijan 2026” uğurla başa çatıb

“Damu” Fondu: Halal məhsullar yalnız sertifikatlaşdırılmış qida istehsalı ilə məhdudlaşmır

“Sabah”ın sabiq futbolçusu: Azərbaycana qayıtmaq üçün qapını heç vaxt bağlamıram

İlham Bayramov: Yeni Dövlət Proqramında aqrar sektorun bütün istiqamətləri üzrə hədəflər müəyyən olunub

Tramp və Zelenski Parisdə görüşüblər

Dünya Gənclər İnkişaf Forumunda Azərbaycandakı gənclər siyasətindən danışılıb

® İRİA-nın dəstəyi ilə “EPAM Azərbaycan” Mərkəzinin açılışı baş tutub

Hakan Fidan rusiyalı həmkarı ilə Cənubi Qafqaz, Ukrayna və Yaxın Şərq məsələlərini müzakirə edəcək

Türkiyədə ilk dəfə 8 istiqamətli çarpaz qaraciyər əməliyyatı icra olunub

Mikayıl Cabbarov: Bərpaolunan enerji gələcək investisiyalar üçün ən mühüm istiqamətlərdən birinə çevrilib

“Dəmiryol nəqliyyatında mülki müdafiənin təşkili Qaydaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Nazir: Azərbaycan Orta Dəhliz boyunca Şərq-Qərb əlaqələrinin gücləndirilməsində rolunu daha da möhkəmləndirib

“Dövlət Xidmətlərinin Elektron Reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 9 fevral tarixli 32 nömrəli Qərarında və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 4 avqust tarixli 241 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron xidmətlərin təşkili və göstərilməsi qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Türk ekspert: Şuşa Bəyannaməsi təhdidlərə qarşı səmərəli mexanizmdir

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 25 iyun tarixli 315 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik şəbəkəsinə dair Qaydalar”da dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Çinin Anhui Universitetinin nümayəndə heyəti BDU-da olub

Sabah Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb

“Sənaye və texnologiyalar parklarının idarəedici təşkilatı və operatoru tərəfindən idxal edilən, əlavə dəyər vergisindən və gömrük rüsumlarından azad olunan texnika, texnoloji avadanlıq və qurğuların siyahısı”nın və “Sənaye və texnologiyalar parklarının rezidentləri tərəfindən idxal edilən, əlavə dəyər vergisindən və gömrük rüsumlarından azad olunan texnika, texnoloji avadanlıq və qurğuların siyahısı”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Vyetnam 2030-cu ilə qədər yeddi yeni hava limanı inşa edəcək

“İdxalı və satışı əlavə dəyər vergisindən azad edilən toxumların yetişdirilməsi, quşçuluq və arıçılıq üçün avadanlıqların, o cümlədən bu sahələrdə istifadəsi nəzərdə tutulmuş laboratoriya avadanlıqlarının, toxum, taxıl və quru paxlalı bitkilərin təmizlənməsi, çeşidlənməsi və ya kalibrlənməsi üçün maşınların siyahısı”nın və “İdxalı əlavə dəyər vergisindən azad edilən kənd təsərrüfatı heyvanlarının və quşların profilaktikası, diaqnostikası və müalicəsi üçün istifadə olunan baytarlıq preparatlarının siyahısı”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Cavid Hüseynov “Araz-Naxçıvan”ın baş məşqçisi olub

Selim Güven: Azərbaycan bizim yerli bizneslərin inkişafı üçün yeni imkanlar yaratmağımıza yaxşı nümunədir

Azərbaycanda ilk dəfə çimərlik voleybolu üzrə turnir təşkil olunacaq

"Neftçi"nin sabiq baş məşqçisi: Murad Məmmədov gələcəkdə lider futbolçu ola bilər

Özbəkistan və ABŞ arasında investisiyaların cəlbi üzrə yol xəritəsi hazırlanacaq

“ACWA Power”: Uzunmüddətli iqtisadi transformasiya üçün KOB-ların fəal iştirakı vacibdir

Antonio Rüdiger “Real Madrid”lə yeni müqavilə imzalayıb

Yaponiya ekstremal istilərə hazırlaşır

KOBİA: “KOB-ların yaşıl keçidi üzrə Bakı Birgə Bəyannaməsi” təşəbbüsü irəli sürülüb

Qubada aqrar sahə ilə bağlı yeni Dövlət Proqramının müzakirəsinə həsr olunan regional müşavirə keçirilib YENİLƏNİB VİDEO

Qubada aqrar sahə ilə bağlı yeni Dövlət Proqramının müzakirəsinə həsr olunan regional müşavirə keçirilib YENİLƏNİB VİDEO

“Gəncə” üç voleybolçu ilə vidalaşıb

İran parlamentinin spikeri ABŞ ilə memorandumun imzalanması mərasimində iştirak edəcək

İİB-in illik toplantısı çərçivəsində gənclərin inkişafı və regional inteqrasiyanın təşviqi üzrə maliyyələşmə imkanları nəzərdən keçirilib

Gələn il Ağcabədi rayonunda 5 min hektar sahədə yeni müasir suvarma sistemləri quraşdırılacaq

Hüseyn Hüseynov: Dayanıqlı inkişafın maliyyələşdirilməsi üçün innovativ alətlərə ehtiyac artır

Baş nazir Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir

Çində 6,4 bal gücündə zəlzələ olub

Serbiya Gürcüstanda səfirlik açacaq

Qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

ADSEA: İçməli və suvarma suyuna artan tələbatın ödənilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir

Leyla Əliyeva Bonnda BMT-nin Baş katibinin müavini ilə görüşüb

Fransada “Rafale F5” döyüş təyyarələri üçün yeni nəsil hipersəs nüvə raketi hazırlanır

Ağcabədidə aqrar sahənin 2026–2030-cu illər üzrə inkişaf prioritetləri müzakirə olunub YENİLƏNİB VİDEO

Ağcabədidə aqrar sahənin 2026–2030-cu illər üzrə inkişaf prioritetləri müzakirə olunub YENİLƏNİB VİDEO

Leyla Əliyevanın iştirakı ilə Bonnda Xəzərin səviyyəsinin azalmasının ekoloji təsirləri müzakirə olunub

Prezident Kitabxanasında Xalq şairi Səməd Vurğunun 120 illiyinə həsr olunmuş dəyirmi masa

“Saxta məlumatlara qarşı rəqəmsal bacarıqların inkişafı” layihəsinə start verilir

Valideynlərə yeni təmayül tədris modeli barədə məlumat verilib

Leyla Əliyeva BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi ilə görüşüb

Deputat: Məktəblərdə vahid geyim forması beynəlxalq təcrübədə geniş tətbiq olunur

Türk Strateji Düşüncə Mərkəzinin rəhbəri: Hər gəlişimdə Azərbaycanı daha da inkişaf etmiş görürəm

AFFA-da 5 ulduz sertifikatlaşdırma modelinin ilkin təqdimatı baş tutub

Təklif olunan dəyişikliklər şagirdlər və pedaqoji heyət üçün vahid yanaşmanın formalaşdırılmasına xidmət edir

Nazir müşaviri: Dayanıqlı İnkişaf Məqsədlərinin yalnız 17 faizi üzrə hədəflərə nail olunması plan üzrə irəliləyir

Dünyanın beş varlı insanı bir gün ərzində sərvətlərinə 336 milyard dollar əlavə edib

Erməni orta məktəblərində nifrət nitqi və tarixi faktların saxtalaşdırılmasına dair kitabın təqdimatı olub

SOCAR və IPA layihə idarəetmə sistemlərinin təkmilləşdirilməsini nəzərdən keçirib

Lənkəranda regional müşavirə: 2026–2030-cu illərin Dövlət Proqramından irəli gələn vəzifələr diqqət mərkəzindədir YENİLƏNİB VİDEO

Lənkəranda regional müşavirə: 2026–2030-cu illərin Dövlət Proqramından irəli gələn vəzifələr diqqət mərkəzindədir YENİLƏNİB VİDEO

Qazaxıstan-Rusiya sərhədində 600-dən çox yük maşını tıxacda qalıb

Sabah Bakıda 34, bəzi rayonlarda isə 35 dərəcəyədək isti olacaq

Avarçəkmə və kanoe üzrə açıq Bakı birinciliyi start götürəcək

Magistraturaya qəbul imtahanının yekun nəticələri elan olunub

Fariz İsmayılzadə: Məqsəd dünyada tətbiq olunan ən müasir təcrübəni Azərbaycana gətirməkdir

İlham Bayramov: Qarabağ iqtisadi rayonu üzrə planlaşdırılan suvarma suyunun 62,7 faizi dənli və yem bitkilərinə yönəldiləcək

“Şəfa” Elnur Cəfərovla müqavilə müddətini uzadıb

® Prezidentin regionların inkişafı çağırışına dəstək: “Prime Cotton” baş ofisini Mingəçevirə köçürür

“Məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyəti haqqında” 1-məktəbdənkənar təhsil №-li illik rəsmi stаtistikа hеsаbаtı fоrmаsı və onun doldurulmasına dair göstərişin təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Qərarı

Şamaxıda 200-ə yaxın sahibkar istehlakçı hüquqları mövzusunda maarifləndirilib

Azərbaycanın stolüstü tennisçisi Çində hazırlıq keçəcək

480 min hektar örüş və otlaq sahəsinin bərpasının təşviqi nəzərdə tutulur

® ABB İslam İnkişaf Bankı Qrupunun illik toplantılarında rəqəmsal filialı ilə təmsil olunur

Şəkidə yaş barama tədarükünə başlanılıb

Qubada superintensiv meyvə bağlarının sahəsinin 18 min 500 hektara çatdırılması planlaşdırılır

Rizvan Nəbiyev: Nifrət ideologiyasının dərsliklər vasitəsilə aşılanması gələcək nəsillərə ciddi təsir göstərir

Qazaxıstan 2030-cu ilədək dəmir yolu tranzitinin həcmini ikiqat artırmaq niyyətindədir

Lənkəranda çəltik və çay istehsalının artırılması idxaldan asılılığı əhəmiyyətli dərəcədə azaldacaq

BDU-da yaz imtahan sessiyası davam edir

İsrail İrana qarşı planlaşdırılan genişmiqyaslı hücumun son anda dayandırıldığını açıqlayıb

Yaponiya Bankı faiz dərəcələrini 31 ilin ən yüksək səviyyəsinə qaldırıb

Dövlət ümumi təhsil müəssisələrində təhsilverənlər üçün geyimlə bağlı tələblər müəyyən edilir

Dövlət Proqramında 150 min ton əlavə taxıl silolarının qurulması üçün dəstək mexanizmlərinin tətbiqi nəzərdə tutulur

Nasar Hayat: Azərbaycan yaşıl iqtisadiyyata keçid istiqamətində mühüm nailiyyətlər əldə edib

22 rayonda 84,9 min hektar sahədə lazer hamarlamanın tətbiqi planlaşdırılır

Quba, Siyəzən, Abşeron və Xızı dəmyə əkinçiliyi rayonlarının sırasına daxil edilib

Daşkənddə V Beynəlxalq İnvestisiya Forumu işə başlayıb

Brüssel Vaşinqtonun Avropanı Ukrayna danışıqlarından kənarda saxlayacağından qorxur

Nazir müavini: Buğda istehsalının inkişafı üzrə 8 perspektiv rayon müəyyən edilib

Astarada vətəndaşlara hüquqi yardım aksiyası təşkil edilib

2030-cu ilə qədər müasir suvarma sistemləri quraşdırılmış sahələrin 300 min hektara çatdırılması proqnozlaşdırılır