Azərbaycan Dövlət İnformasiya Agentliyi

C.Baydenin qondarma “erməni soyqırımı” haqqında rüsvayçı bəyanatı ciddi şəkildə qınanmalı və rədd edilməlidır

C.Baydenin qondarma “erməni soyqırımı” haqqında rüsvayçı bəyanatı ciddi şəkildə qınanmalı və rədd edilməlidır

Bakı, 25 aprel, AZƏRTAC

ABŞ prezidenti C.Baydenin qondarma “erməni soyqırımı” ilə bağlı verdiyi əsassız, qərəzli bəyanat siyasi mövqeyindən asılı olmayaraq, bütünlükdə Azərbaycan cəmiyyətində böyük təəssüf və ikrah hissi ilə qarşılandı. Təbii ki, Türkiyəyə qarşı ağır iftira, növbəti siyasi təzyiq və təhdid vasitəsi olan bu bəyanat ciddi şəkildə qınaq obyektinə çevrilməli, qətiyyətlə rədd edilməlidır. Uzun illərdir ki, erməni diasporunun və lobbisinin Türkiyəyə qarşı siyasi spekulyasiya aləti kimi istifadə etməyə çalışdığı qondarma “erməni soyqırımı” ifadəsinin ABŞ Prezidentinin dilindən səsləndirilməsi Baydenin seçki kampaniyasında ermənilərin maliyyə və səs dəstəyinə qarşı verdiyi sözün nəticəsi olsa da, bu ədalətsiz bəyanatın ABŞ üçün ağır siyasi, iqtisadi və hüquqi nəticələri olacağı şübhəsizdir. Bu uğursuz və düşüncəsiz açıqlamanın hər hansı bir tarixi, siyasi və ya hüquqi əhəmiyyəti, qüvvəsi olmasa da, ədalətin, insan haqlarının, beynəlxalq hüququn mövcud olduğu dünya ölkələrinin, xüsusilə bütün Türk dünyasının təxribat xarakterli bu addıma birmənalı, adekvat və sərt reaksiyası olmalıdır.

AZƏRTAC xəbər verir ki, bunu YAP Səbail rayon təşkilatının sədri, iqtisad elmləri doktoru, professor Şəmsəddin Hacıyev bildirib.

Ş.Hacıyev deyib: “Əslində, sağlam məntiqdən çıxış etsək, görünən odur ki, bu bəyanat ABŞ-ın əlində bayraq etdiyi demokratiya, insan hüquqları və öz milli maraqlarına da uyğun deyildir. Türkiyə NATO üzvü kimi ABŞ-ın strateji müttəfiqidir. Son 20 il ərzində Türkiyənin nail olduğu iqtisadi, hərbi, texniki və texnoloji inkişaf onu, Azərbaycanla birlikdə nəinki regionun, eləcə də qlobal güc mərkəzlərindən birinə çevirmişdir. Bu faktorun ABŞ-Rusiya münasibətlərinin getdikcə gərginləşdiyi, hətta soyuq müharibə səviyyəsinə çatdığı bir şəraitdə nəzərə alınmaması ya Baydenin bu coğrafiyada baş verən prosesləri, xüsusilə 44 günlük Vətən müharibəsindən sonra yaranan yeni geosiyasi reallıqları düzgün qiymətləndirə bilməməsidir, ya da onun erməni lobbisinin əlində alətə çevrilməsidir”.

Tarixən millətçilik, faşizm, işğalçılıq və terrorizm ideologiyası üzərində qurulan erməni terror təşkilatları türk-müsəlman əhalisinə, hökumət adamlarına qarşı qanlı sui-qəsdlər törətmiş, terror aktlarının, qətliamların, soyqırımlarının təşkilatçısı və icraçıları olmuşlar. Saysız-hesabsız tarixi sənədlərlə təsdiq olunan bu faktlar qarşısında erməni millətçilərinin uzun illərdir ki, Osmanlı İmperiyasının varisi olan Türkiyəyə qarşı əsassız “soyqırımı” iddiaları absurddur. Avropa məhkəməsinin təsdiq etməkdən imtina etdiyi və əsassız faktlara söykənən “soyqırımı” sayıqlamasının indi şişirdilərək ABŞ prezidenti tərəfindən rəsmi bəyanatda səsləndirilməsi ABŞ-ın milli və strateji maraqlarına uyğun deyil. ABŞ siyasəti üçün bu utancverici və düşüncəsiz bəyanat C.Baydenin erməni lobbisi ilə seçki kampaniyası üçün siyasi bazarlığının rüsvayçı nəticəsidir. Həmçinin günbəgün güclənən, öz milli maraqlarını hər şeydən üstün tutan, “idarə olunmayan” Türkiyəyə qarşı siyasi təzyiqdir.

Professor qeyd edib ki, qondarma “soyqırımı”, “qətliam” ifadələrindən əlavə, ABŞ prezidentinin 1915-ci il hadisələrini “tanıdığı” bəyanatda İstanbul əvəzinə “Konstantinopol” ifadəsindən istifadə etməsi isə siyasi qalmaqal olmaqla yanaşı, Türkiyəyə qarşı nifrət və dözümsüzlüyün açıq şəkildə ifadəsidir. Bayden 40 ildən sonra “erməni soyqırımı” ifadəsini işlədən ilk ABŞ prezidentidir. 1981-ci ildə ABŞ prezidenti Ronald Reyqan bu ifadəni işlədib və prezidentliyi dövründə hüquqi məsələlər üzrə müşaviri işləmiş Bryus Feynə “erməni soyqırımı” haqqında məsələni hüquqi müstəvidə araşdırmağı tapşırıb. Feynin rəhbərlik etdiyi komissiya prezident üçün “erməni məsələsi” dosyesini araşdırmaq üçün müxtəlif ölkələrə və ABŞ-a məxsus arxiv sənədlərinə baş vurub və bu məsələ ilə bağlı xüsusi arayış hazırlanıb. Arayışda qeyd olunur: “Osmanlı dövləti milli azlıqların hüquqlarının tanınması və onların vergi ödəmələri ilə bağlı çoxlu sayda güzəştlər həyata keçirib. 16-19-cu yüzilliklərdə heç bir dövlətdə milli azlıqlar haqqında bu qədər humanist qanun olmayıb. Rusiya və Fransanın dəstəyi ilə ermənilər təhrik olunaraq iki milyon nəfər müsəlman əhalisinə soyqırımı törədiblər. Bu savaşda 500 min erməni ölüb.” Araşdırmada o da bildirilir ki, Birinci Dünya Müharibəsi zamanı Osmanlı dövlətinə qarşı erməni əhalisi xəyanət edərək yerli silahlı qüvvələr yaratmaqla dinc müsəlman əhalisini, o cümlədən, türk, çərkəz, kürd, laz, həmşen (müsəlman ermənilər), siryani (kəldani-aysor), abxaz və qaraçıları soyqırımına məruz qoyublar. Ermənilərin bu xəyanətlərinə adekvat addım atmağa məruz qalan Osmanlı dövləti silahsız ermənilərə deyil, “erməni silahlı qüvvələrinə” qarşı dərhal hərəkətə keçib. Məhz bu məcburiyyət “Təhcir (sürgün, deportasiya)” qanununu ortaya çıxardı. 1915-ci il aprelin 24-də imzalanan bu qanuna görə ermənilər Osmanlı dövlətinin müxtəlif regionlarında kiçik icmalar şəklində yerləşdirilməliydilər. Qanunda ermənilərə məxsus bütün ictimai təşkilatlar və siyasi qurumların fəaliyyəti yasaq edilirdi. İndi ermənilər bildirirlər ki, bu qanun elə “soyqırımı” deməkdir. Əslində isə bu qanun satqın millətin layiq olduğu davranış qaydalarını müəyyən edirdi.

Erməni lobbisinin tarixi saxtalaşdırmaq və təhrif etmək cəhdinin növbəti təzahürü olan C.Baydenin “bəyanatı” heç bir şəkildə Türkiyənin qlobal güc roluna və regiondakı mövqelərinə təsir edə bilməz. Bu bəyanatı tarixi səhv adlandıran Prezident İlham Əliyev açıqlamanın regionda yaranmaqda olan əməkdaşlıq meyillərinə ciddi zərər vurduğunu bildirib. Bu dəqiq təsbit ABŞ administrasiyasının bu təxribatçı addımına ən gözəl siyasi qiymətdir. Danılmaz faktdır ki, Türkiyə dünyanın qlobal gücüdür və Türk dünyası, Azərbaycan bütün siyasi, iqtisadi, hərbi gücü ilə hər zaman qardaş Türkiyənin yanındadır.

“Baydenin bu “bəyanatı” Paşinyana bir növ “hədiyyə”dir, lakin unutmaq lazım deyil ki, Rusiyanı “unudub” Amerikaya üz tutacaq olan Ermənistanın vəziyyəti daha da acınacaqlı olacaqdır. Azərbaycan İkinci Qarabağ savaşında - Vətən müharibəsində əzəli düşmənin sözün əsl mənasında başını əzdi, işğalçı üçün hərbi kapitulyasiya aktı olan 10 noyabr Bəyanatının müddəaları icra olunub və Ermənistanda kimin hakimiyyətdə olmasından asılı olmayaraq, bundan sonra da icra ediləcək. Prezident, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin qeyd etdiyi kimi “Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir. Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik. Necə ki, mən müharibədən əvvəl və müharibə dövründə demişdim ki, bizim torpağımızdan öz xoşunuzla rədd olun, yoxsa sizi zorla çıxaracağıq. Belə də oldu. Zəngəzur dəhlizinin taleyi də eyni olacaq. Bizim əsas rəqibimiz zamandır. Çünki dəmir yolunun, avtomobil yolunun çəkilişi vaxt tələb edir. Ona görə bütün güclər səfərbər olunub ki, bu layihə icra edilsin. Beləliklə, Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaqdır”, - deyə Ş.Hacıyev bildirib.

O qeyd edib ki, C.Baydenin əsassız, biabırçı bəyanatından dərhal sonra Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığının olması tarixin sınağından çıxmış Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı əbədi, sarsılmaz olduğunu, bu iki qardaş dövlətin ən çətin, taleyüklü məqamlarda hər zaman bir-birini dəstəklədiyini bir daha göstərdi. Əsrlər boyunca ən çətin sınaq günlərində Azərbaycan Türkiyənin, Türkiyə isə Azərbaycanın yanında olub və olacaq. Şübhəsiz ki, bu məsələ də istisna deyil.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək

Çin SatNet internet peyklərini orbitə çıxardı

Kənd təsərrüfatı naziri Çində səfərdədir

"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb

Türkiyədə yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər noyabrdan qüvvəyə minir

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi

Tramp: İran və Rusiya-Ukrayna müharibələrini həll etməyə çox yaxınam

“İsayas” qasırğası ABŞ sahillərinə daxil olub

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

Azərbaycanın və Yunanıstanın qida təhlükəsizliyi sahəsindəki qurumları arasında əməkdaşlıq gücləndirilir

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb

Regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas prioritetlərindəndir - ŞƏRH

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib

“Turan”ın voleybolçusu: Çempionlar Liqasının oyununa yüksək səviyyədə hazırlaşırıq

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

Səudiyyə Ərəbistanındakı hava limanlarına hücum zamanı 3 yerli sakin ölüb, yaralananlar var

Naxçıvan şəhərinin bir sıra ərazilərinə içməli suyun verilişi dayandırılacaq

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir

Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib

MDB çərçivəsində iqtisadi əməkdaşlıq Azərbaycan üçün əlavə imkanlar yaradır – ŞƏRH

Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib

Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib –  YENİLƏNİB VİDEO

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib – YENİLƏNİB VİDEO

Belçikada ümummilli tətil: Nəqliyyat iflic olub, 140-a yaxın uçuş ləğv edilib

Bazarın tələbatını ödəyəcək qaz var, problem təchizatdadır

Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar

Azərbaycanın strateji coğrafi mövqeyi beynəlxalq tranzit imkanlarını genişləndirir - ŞƏRH