C.BUŞ AMERİKA QOŞUNLARINI ALMANİYADAN ÇIXARIR
Qəzetin mənbələrinin məlumatına görə, dəyişikliklər, əsasən, Avropadakı qruplaşma ilə bağlıdır. 50 minədək hərbi qulluqçu ailələri ilə birlikdə Almaniyadan evə qayıdacaqdır. Buna baxmayaraq, AFR Amerikanın bütün dünyada ən böyük “baza”sı olaraq qalacaqdır.
Pentaqonun rəhbərləri izah etməyə çalışırlar ki, ordunun bir hissəsinin Almaniya ərazisindən çıxarılması haqqında qərar almanların İraq müharibəsində mövqelərinə görə onları cəzalandırmaq cəhdi deyildir. Hərbçilər bildirirlər ki, Corc Buş ölkənin Avropadakı qruplaşmasının say tərkibinin azaldılmasına prezidentliyinin ilk günlərindən tərəfdardır.
Dəyişikliklər Cənubi Koreyaya da aid ediləcək və oradan 3.500 Amerika hərbi qulluqçusu çıxarılacaqdır. Artıq məlumdur ki, onlar İraqa gedəcəklər.
ABŞ-ın Avropadakı ordusunun komandanlığı da dəyişikliklərdən kənarda qalmayacaqdır. İkinci Dünya müharibəsindən bəri Londonda yerləşən qərargah indi İtaliyanın Neapol şəhərinə köçürüləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]
Qazaxıstan mərciməyi Azərbaycandan keçməklə Hindistana göndərib
- 23.09.2026 [15:47]
Qəzzanın bərpası üçün 2,45 milyard dollarlıq plan hazırlanıb
- 23.09.2026 [15:37]
İstanbulun minillik şahidi – Dikilitaş
- 23.09.2026 [15:12]
Papa XIV Leonun səfərinin maliyyələşdirilməsi Fransada problemə çevrilib
- 23.09.2026 [15:01]
Ankara Böyükşəhər Bələdiyyəsinin sədri CHP-dən istefa verib
- 23.09.2026 [15:00]