“CEBİT BİLİŞİM AVRASİYA” SƏRGİSİNƏ HƏSR EDİLMİŞ MƏTBUAT KONFRANSI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, oktyabrın 7-dən 12-dək Türkiyənin İstanbul şəhərində informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində “CeBİT Bilişim Avrasiya” sərgisi təşkil ediləcəkdir.
Bu barədə “Hyatt Regencu” mehmaxanasında beynəlxalq sərgiyə həsr olunmuş mətbuat konfransında məlumat verilmişdir.
Tədbirdə Azərbaycanın İKT sektorunun nüfuzu və inkişaf templəri, ölkəmizin Türkiyədə hər il keçirilən “CeBİT Bilişim Avrasiya” sərgisində iştirak perspektivləri haqqında məlumat verilmişdir. Qeyd edilmişdir ki, sərgidə yeni texnoloji məhsullar təqdim olunacaq, iştirakçılar üçün işgüzar əlaqələr yaranacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:19]
Azərbaycandan Qazaxıstana məhsul ixracının dəyəri 21 faizdən çox artıb
- 12.06.2026 [16:58]