Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında treninq təşkil edilib
Bakı, 18 noyabr, AZƏRTAC
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Azərbaycan ədəbiyyatının virtual kitabxanasının oxucular arasında tətbiqi”, “Kitabsevər uşaqlar layihəsinin inkişafı” mövzularında treninq təşkil edilib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Lətifə Məmmədova iştirakçılara treninqin təşkil olunmasında əsas məqsədin informasiya cəmiyyətində kitabxanaların qarşısında duran yeni vəzifələr və bu vəzifələrin icrası haqqında ətraflı məlumat verib. Üç gün davam edən treninqdə “Kitabsevər uşaqlar” layihəsi, “Corel Draw”proqramı, “Azərbaycan ədəbiyyatının virtual kitabxanası” və sair mövzular haqqında məruzələri dinlənilib.
Treninqdə Mingəçevir, Şəki, Şirvan şəhər, Astara, Ağdaş, Ağcabədi, Bərdə, Binəqədi, Qax, Tovuz, Xaçmaz, Zərdab rayon mərkəzi kitabxanalarının əməkdaşları iştirak ediblər.
Treninqin sonunda iştirakçılara sertifikatlar verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [10:57]
Türkiyənin Amasya şəhərində Azərbaycanın incəsənəti təqdim olunub
- 15.06.2026 [07:04]