CƏLİLABADDA BAYRAM TOPLANTISI
Tədbir iştirakçıları Heydər Əliyev adına parkda ulu öndərin abidəsi önünə gül-çiçək dəstələri düzmüş, böyük rəhbərin xatirəsini ehtiramla yad etmişlər.
Rayon icra hakimiyyətinin başçısı Taleh Qaraşov toplantıda çıxış edərək cəlilabadlıları qarşıdan gələn bayramlar münasibətilə təbrik etmiş, ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan xalqının həmrəyliyinin təmin olunmasında xidmətlərindən danışmış, ulu öndərin rəhbərliyi və təşəbbüsü ilə 2001-ci ilin nöyabrında keçirilmiş Dünya azərbaycanlılarının birinci qurultayından sonra soydaşlarımızın daha sıx birləşdiyini vurğulamışdır.
Toplantıda çıxış edənlər Heydər Əliyev milli siyasət xəttinin əsas istiqamətlərindən olan azərbaycançılıq ideologiyasının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğulamış, dövlətimizin başçısının inamlı daxili və xarici siyasətinin, ölkəmizdə gedən möhtəşəm quruculuq işlərinin, ölkəmizin ictimai-siyasi sabitliyi və iqtisadi yüksəlişi yolunda görülən ardıcıl və qətiyyətli tədbirlərin Cəlilabad ictimaiyyəti tərəfindən birmənalı dəstəkləndiyini bildirmişlər.